Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

22 yaşlı qız saxta hamiləliyi ilə hamını şoka saldı –

User 23 Oktyabr 2025 - 14:30 (Last updated: 23 Oktyabr 2025 - 14:43)
korpe suni

Şotlandiyadan olan 22 yaşlı Kira Cousins saxta hamiləliyi ilə bağlı ətrafını aldada bilib.

AzPost bildirir ki, Şotlandiyadan olan 22 yaşlı Kira Cousins  sevgilisi Ceymi də daxil olmaqla, hər kəsi hamilə olduğuna və Bonni-Li adlı bir qız uşağı gözlədiyinə inandırıb.

Kira ultrasəs müayinələrini saxtalaşdırıb, sosial mediada özünün saxta hamilə şəkillərini paylaşıb.  O, “körpə hərəkətləri”nin videolarını çəkib, çəhrayı tortla cinsiyyətin açıqlama məclisnii təşkil edib.

Qadın sosial şəbəkə izləyicilərinə xəstəxanaya getməsindən, “hamiləlik ağırlaşmalarından” danışıb. Hətta “körpənin” anadangəlmə ürək qüsuru olması barədə bir hekayə uydurub.

Ailəsi və dostları ona inanıblar. Ona hədiyyələr, körpə üçün paltarlar veriblər. Hətta 1000 funt sterlinqə bahalı uşaq arabası alıblar.

10 oktyabrda Kira 2,4 kq ağırlığında bir qız uşağı dünyaya gətirdiyini elan edib. O, “xəstəxanadan” körpə daşıyıcısında “yeni doğulmuş” körpə ilə şəkillər paylaşıb və heç bir köməyə ehtiyacı olmadığını iddia edib.

Lakin tezliklə şübhələr yaranmağa başlayıb. Ailəsi və dostlar “körpənin”ın heç vaxt ağlamadığını və ya tərpənmədiyini hiss ediblər. Kira tibbi müayinələri əsas gətirərək uşağı qucağa almanı qadağan edib.

Həqiqət Kiranın anası onun otağına girəndə üzə çıxıb. O, “nəvə”ni görmək, onu yoxlamaq qərarına gəlib. Bu zaman məlum olub ki, bu, hiperrealistik silikon Reborn kuklasıdır. Belə kuklalar min dollardan çox başa gəlir və adətən emosional terapiya üçün istifadə olunur.

Kiranın xalası Niv Makroberts TikTok-da hekayəni ifşa edən video paylaşdıqdan sonra əhvalat viral olub. Video milyonlarla baxış toplayıb və qəzəbə səbəb olub.

“Hamı Kiraya inandı. O, bizi aylarla aldatdı”-deyə xalası bildirib.  O əlavə etdi ki, açıqlamadan əvvəl Kira sevgilisinə uşağın “öldüyünü” deyib.

Qalmaqaldan sonra Kira sosial media hesablarını silib. Daha sonra İnstaqramda üzr istəyib və oradan da səhifəsini bağlayıb.

AzPost.az

Post navigation

Previous: Kişi keyfiyyətsiz işə görə ustanı döydü, qarət etdi
Next: Ölkəyə 1 ədəddən artıq gətirilən telefona görə 100 manat vergi alınacaq

Oxşar xəbərlər

rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
iran restoran
  • Sosial

Restoran müştəri ilə doludur, amma qazanc yoxdur? – Diqqət etməli 6 xərc

User 25 Oktyabr 2026 - 17:00

xƏBƏR

husi neft01
  • Dünya

Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər

User 25 Oktyabr 2026 - 22:44
Yəməndəki husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına, ölkənin cənubundakı Xamis Muşayt hava və...
Read more about Husilər Səudiyyənin Hava limanına və hərbi bazalarına zərbə endiriblər
AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi rusiyamehkeme
  • Sosial

Deputat Arzuxan Əlizadənin oğlu barədə həbs qərarı verildi

User 25 Oktyabr 2026 - 21:47
Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…” saral02
  • Siyasət

Ərdoğanın müşaviri istefasını təsdiqlədi – “Azərbaycanla bağlı açıqlamalarıma görə…”

User 25 Oktyabr 2026 - 20:22
Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib arzuxan oqlu
  • Sosial

Xətai məhkəməsi deputatın oğlunun cinayət işinə baxmaqdan imtina edib

User 25 Oktyabr 2026 - 19:54
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.