“Rusyaya “Tomaqavk” zərbə vurulsa cavabımız…” –Putin hədələdi

Putin
Putin

Ukrayna qüvvələri Rusiyanın dərinliklərinə uzaqmənzilli Tomaqavk raket zərbələri endirərsə, Moskvanın cavabı çox ciddi və şokedici olacaq.

AzPost bildirir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib.

Bir müddət əvvəl “Wall Street Journal” qəzeti ABŞ-ın Ukraynanın uzaqmənzilli raketlərdən istifadəsinə qoyulan məhdudiyyətləri qaldırdığını bildirmişdi. Nəşr vurğulayırdı ki, Ağ Ev administrasiyasının qərarları Ukrayna Silahlı Qüvvələrinə Rusiya ərazisinə zərbələrinin diapazonunu genişləndirməyə imkan verəcək.

“Bu, eskalasiya cəhdidir, lakin bu cür silahlar Rusiya ərazisinə qarşı istifadə olunarsa, cavab çox güclü olacaq. Heyrətamiz də demək olar. Qoy bu barədə düşünsünlər”, – deyə Putin mediaya bildirib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.