Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Trendyolmilla Kids: uşaqlar üçün rahat və etibarlı

User 03 Noyabr 2025 - 14:43 (Last updated: 03 Noyabr 2025 - 22:08)
19

Uşaqlar rahat geyinməyi xoşlayırlar. Paltar onları sıxmamalı, gün boyu sərbəst hərəkət etməyə imkan verməlidir. Valideynlər isə uşaqlarına geyim seçərkən rahatlıqla yanaşı, keyfiyyət və sağlamlıq meyarlarını da əsas götürürlər.  

Bunu beynəlxalq araşdırmalar da təsdiqləyir. “Cotton Incorporated Lifestyle Monitor”un 2022-ci və 2023-cü illərdə keçirdiyi sorğuların nəticələrinə görə, valideynlər məktəb mövsümü alış-verişində geyimin rahatlığına (75%), keyfiyyətinə (68%) və davamlılığına (53%) üstünlük verirlər. Sorğuda iştirak edən valideynlərin 84%-i uşaqları üçün pambıq parçadan geyimləri seçdiklərini bildiriblər, çünki onlar rahat, nəfəsalan və uzunömürlüdür.

Trendyolmilla uşaqlar üçün hazırladığı Trendyol Milla Kids kolleksiyasında bu prinsipləri əsas götürür. Kolleksiya rahatlığı, dəbi və keyfiyyəti bir araya gətirərək həm uşaqların, həm də valideynlərin gözləntilərini qarşılayır.

Kolleksiyanın istehsalında yüksək keyfiyyətli pambıq qarışıqlardan, elastik cins və nəfəs alan toxunma parçalardan istifadə edilir.

Məhsullar Türkiyədə istehsal olunur və “Trendyol”un xüsusi keyfiyyət və təhlükəsizlik standartlarına tam cavab verir. Kolleksiyaya daxil olan hər bir məhsul kimyəvi və fiziki testlərdən keçirilir.

Trendyolmilla Kids 3-14 yaş arası uşaqlar üçün nəzərdə tutulub və onların geyim ehtiyaclarını tam qarşılayır. Gündəlik geyim, ev paltarı, üst geyimi, çimərlik paltarı, məktəb çantası, ayaqqabı və müxtəlif aksessuarlardan ibarət kolleksiya hər mövsümə uyğun seçimlər təklif edir. Hər büdcəyə uyğun qiymətlərlə təklif olunan geyim və aksessuarlar balacaların qarderobunun ən sevimli parçalarına çevrilir.

Kolleksiya uşaqlığın enerjisini və yaradıcılığını ortaya çıxarır və onu geyim vasitəsilə əks etdirir.  Kollec və şəhər estetikasından ilhamlanaraq ərsəyə gətirilən kolleksiya, qız və oğlan uşaqlarına xas üslubla yanaşı, unisex geyim dizaynı ilə də diqqət çəkir.

“Trendyol Milla Kids” kolleksiyası  rahatlıq, uzunömürlülük və kreativliyin balansını yaradır, eyni zamanda gözoxşayan, trendə uyğun və müasir estetik görünüşə malikdir. Münasib qiymətlərlə təklif olunan geyimlərimizin dizaynı uşaqların hərəkət azadlığını təşviq edir, həm uşaqların, həm valideynlərin eyni dərəcədə könlünü oxşayan dizayndadır. Qiymətlər isə çox münasibdir”, deyə ‘’Trendyolmilla’’ baş direktoru Sanem Tuna bildirib.

Yumşaq və parlaq rəng palitraları, pozitiv qrafiklər və rəng blokları ilə işlənmiş detallar “Trendyolmilla Kids” kolleksiyasını tamamlayır, uşaqların azad ruhunu və fərdiliyini ön plana çıxarır. Bu dizayn yanaşması uşaq geyimlərini rəngarəng və maraqlı edir, onlara özünüifadə  imkanı yaradır.

“Trendyol”un azərbaycanlı istifadəçiləri rahatlıq, keyfiyyət və dəbin birləşdiyi bu kolleksiyanı münasib qiymətə Trendyol platformasından əldə edə bilərlər.

 

 

AzPost.az

Post navigation

Previous: “Azərbaycan dilinə başqa dildən söz gətirib əvəzləmək nə məqsəd daşıyır?” –
Next: İran səfiri Naxçıvana gedib

Oxşar xəbərlər

1200x800 (11)
  • Media

Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin

User 26 Oktyabr 2026 - 11:46
xalide esas
  • Media

AZTV-nin sabiq diktoru Xalidə Əhmədova vəfat edib

User 25 Oktyabr 2026 - 22:19
suni intelekt is
  • Media

2035-ci ilə qədər jurnalistlərin yarısı işini itirəcək – Süni intellekt media bazarını dəyişir

User 22 Oktyabr 2026 - 17:07

xƏBƏR

hikmet01
  • Siyasət

“Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev

User 26 Oktyabr 2026 - 17:45
“Figaro” və “Le Monde” qəzetləri, demək olar ki, hər gün Azərbaycan əleyhinə materiallar dərc edirlər“. Oxu.Az xəbər...
Read more about “Bizə cavab vermək imkanı yaradılmır” – Hikmət Hacıyev
Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı? tramp netanyahu
  • Dünya

Tramp Netanyahunun xahişini rədd edib – İrana hücum niyə təxirə salındı?

User 26 Oktyabr 2026 - 17:39
Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib teymur yehya
  • Sosial

Masallının sabiq icra başçısı Teymur Yəhyayev vəfat edib

User 26 Oktyabr 2026 - 17:11
Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL gunes stansiyasi
  • Baş Yazı

Azərbaycanda günəş enerjisi Stansiyası özünü doğrulda bilib? – 262 milyon dollar və 3illik nəticə / TƏHLİL

User 26 Oktyabr 2026 - 16:12
Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı aile xerc
  • Baş Yazı

Azərbaycanda bir uşağın aylıq xərci nə qədərdir? – Ailələrin büdcəsi hesablandı

User 26 Oktyabr 2026 - 15:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.