Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual
  • Maraqlı

Son onilliyin ən etibarlı krossoverləri açıqlanıb

Orkhan Ali 05 Noyabr 2025 - 10:11 (Last updated: 05 Noyabr 2025 - 09:35)
1

Avtomobil sahəsində tanınmış TopSpeed portalı son on ilin ən etibarlı krossoverlərinin siyahısını dərc edib. AzPost  xəbər verir ki, reytinqə əsasən, siyahıya 2012-ci il istehsalı olan Lexus GX modeli başçılıq edir. Toyota Land Cruiser Prado bazasında hazırlanmış bu avtomobil 100 mümkün baldan 89 bal toplayaraq ən etibarlı model seçilib.

İkinci yeri 2017-ci ilin Toyota 4Runner modeli tutur – onun etibarlılıq göstəricisi 88 bal olub. Üçüncü pillədə isə 2010-cu il Toyota RAV4 modeli qərarlaşıb, o da eyni göstərici ilə (88 bal) yüksək qiymət alıb.

Siyahının davamında Kia Sportage (2018), Buick Encore (2017), Hyundai Tucson (2015), Subaru Forester (2018), BMW X3 (2018), Lexus RX (2017) və BMW X5 (2019) modelləri yer alıb.

Mütəxəssislər bildiriblər ki, bu avtomobillər uzunmüddətli istismar dövründə mühərrik, ötürmə və elektronika sistemlərində minimal nasazlıqlarla seçilib.

Qeyd edək ki, bir müddət əvvəl Toyota markasının ən az etibarlı avtomobilləri də açıqlanmışdı. Siyahıda Toyota GR Supra son 20 ilin ən çox problem yaradan modeli kimi göstərilib. Əsas nasazlıqlar əyləc yardım sistemi və təhlükəsizlik kəməri gərginləşdiriciləri ilə bağlı olub.

Bundan əlavə, Toyota bZ4X markanın ən az etibarlı yeni modeli hesab edilir. Bu avtomobildə ən çox rast gəlinən problem təkər mərkəzi boltlarının keyfiyyəti ilə bağlıdır.

AzPost.az

Post navigation

Previous: Evi girov qoymaqla kredit götürmək mümkündürmü?
Next: 3I/ATLAS obyekti yadplanetli mənşəlidir? 

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.