Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

ABŞ Argentinaya 900 milyon dollar ayırdı

Orkhan Ali 13 Noyabr 2025 - 17:45 (Last updated: 13 Noyabr 2025 - 17:25)
1

ABŞ hökuməti Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə Argentinaya maliyyə dəstəyi göstərib. AzPost xəbər verir ki, Financial Times nəşrinin məlumatına görə, Vaşinqton öz BVF ehtiyatlarından təxminən 900 milyon dollar məbləğində vəsaiti Buenos-Ayresin borc öhdəliklərinin yerinə yetirilməsinə yönəldib.

Mənbələrin bildirdiyinə görə, bu vəsait Argentinanın 1 noyabr tarixinə qədər ödəməli olduğu 840 milyon dollarlıq borcun qaytarılmasını təmin edib. ABŞ-ın bu addımı ölkənin BVF qarşısında defolt vəziyyətinə düşməsinin qarşısını alıb.

Oktyabr ayında ABŞ və Argentina Mərkəzi Bankı arasında 20 milyard dollarlıq valyuta svopu sazişi də əldə olunub. Bu razılaşma Argentina pesosunun sabitliyini qorumaq və ölkənin xarici valyuta bazarına təzyiqi azaltmaq məqsədi daşıyır.

Analitiklərin fikrincə, Vaşinqtonun bu addımı prezident Xavier Mileynin hökumətinə iqtisadi sabitlik qazandırmaq və inflyasiyanın qarşısını almaq istiqamətində mühüm dəstəkdir.

Məqalədə vurğulanır ki, ABŞ-ın bu cür addımları həm regional maliyyə sabitliyinin qorunması, həm də Latın Amerikasında siyasi təsirini gücləndirmək məqsədi daşıyır.

AzPost.az

Post navigation

Previous: Avropa Parlamenti deputatı toxunulmazlıqdan məhrum etdi
Next: Rusiya və ABŞ-dan sonra Çin lideri də G20 sammitinə getməyəcək

Oxşar xəbərlər

neft iran bazar02
  • İqtisadiyyat

Neft 130 dollara qalxa bilər – Azərbaycan bundan nə qazanacaq? / TƏHLİL

User 22 Oktyabr 2026 - 15:04
valyuta
  • İqtisadiyyat

ABŞ-ın dövlət borcu 40,4 trilyon dollara yaxınlaşdı – 2030-cu ilə yeni proqnoz

User 21 Oktyabr 2026 - 09:59
neft kemer
  • İqtisadiyyat

Azərbaycan 9 ayda neft-qaz satışından 7,78 milyard gəlir əldə edib

User 16 Oktyabr 2026 - 16:14

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.