Diabet və piylənmə problemləri ABŞ vizası almağa mane ola bilər

Viza
Viza

ABŞ administrasiyası xroniki xəstəlikləri olan əcnəbilərə vizaların verilməsini sərtləşdirib. AzPost xəbər verir ki, diabet və piylənmə diaqnozu olan şəxslər bundan sonra ABŞ vizası almaqda çətinliklə üzləşə bilər.

Ağ Evin mətbuat katibi bildirib ki, bu addım əsrlərdir qüvvədə olan qaydanın tam həyata keçirilməsidir. Məsələ ondadır ki, Dövlət Departamenti əcnəbilərin ABŞ üçün əlavə maliyyə yükünə çevrilməsinin qarşısını almaq hüququna malikdir, xüsusilə dövlət səhiyyə sistemindən istifadə baxımından.

“Prezident administrasiyası bu siyasəti tam reallığa çevirir və vətəndaşlarımızın maraqlarını qorumağı prioritet seçir,” – deyə rəsmi açıqlayıb.

Ekspertlər qeyd edirlər ki, bu qərar ABŞ vizalarının verilməsində ciddi dönüş nöqtəsi ola bilər. Artıq vizaya müraciət edərkən yalnız sənədlərə yox, sağlamlıq göstəricilərinə də diqqət yetirmək lazım gələcək.

ABŞ-ın bu addımı həm də dünya miqyasında vizaların verilmə siyasətində yeni bir “standart” nümunəsi kimi qiymətləndirilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.