Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Evində qaz olmayan sakinlər odun almaq üçün müraciət edə bilər

User 14 Noyabr 2025 - 18:26 (Last updated: 14 Noyabr 2025 - 18:51)
odun

Qışa hazırlıq məqsədilə qazlaşdırılmayan kəndlərin əhalisinin, Müdafiə Nazirliyinin, Sərhəd və Daxili Qoşunların hərbi hissələrinin, həmçinin təhsil, səhiyyə müəssisələrinin oduna olan tələbatını ödəmək məqsədilə hazırda ölkə üzrə meşə ərazilərinin xüsusi ayrılmış sahələrində odun tədarükü işləri aparılır.

Bu barədə məlumatlar nazirliyin rəsmi internet səhifəsində həftəlik olaraq paylaşılır. Odun tədarükü məqsədilə müəyyən edilən bütün qırma sahələrinin siyahısı avqustun 6-da nazirliyin rəsmi saytında yerləşdirilib. Ayrılmış sahələr barədə ətraflı məlumatla bu linkə keçid edərək tanış olmaq mümkündür.

Bu barədə AZƏRTAC-a məxsusi açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov məlumat verib.

O bildirib ki, odun tədarükü Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiqlənmiş qaydalar əsasında həyata keçirilir. “Tədarük prosesi əsasən bioloji inkişafdan qalmış, kök üstündə qurumuş və yanğın təhlükəsi yarada biləcək quru, yıxılmış ağacların hesabına aparılır. Qırmaya aid ağaclar mütəxəssislər tərəfindən müəyyən olunur, nömrələnir və yalnız müvafiq rəy verildikdən sonra onların kəsilməsinə başlanılır. Qeyd edək ki, odun tədarükünə başlamazdan əvvəl regionlarda rayon sakinlərinin və ictimai fəalların iştirakı ilə ictimai dinləmələr keçirilir. Dinləmələrdə odun tədarükünün aparılacağı meşə sahələri barədə məlumat verilir və əhalinin proses barədə məlumatlı olması üçün maarifləndirici izahlar aparılır. Odun əldə etmək istəyən qazlaşdırılmayan kəndlərin sakinləri aidiyyəti üzrə Regional Meşə Təsərrüfatı Mərkəzlərinə müraciət edə bilərlər”, – deyə xidmət rəisi vurğulayıb.

Qeyd edək ki, istiliklə bağlı müvafiq qurumlar tərəfindən qışa hazırlıqla əlaqədar həyata keçirilən tədbirlərlə daha ətraflı link vasitəsilə tanış ola bilərsiniz.

AzPost.az

Post navigation

Previous: Həyəcan pikdədir! Sən də lüks avtomobil qazan!
Next: Ərəstun Oruclu Baş Prokurorluğa çağırılıb

Oxşar xəbərlər

mekbebli inti
  • Sosial

Bakıda məktəbdə yıxılaraq ölən Gü­nel Salyanda dəfn olunub – Yeni detallar

User 29 Oktyabr 2026 - 19:32
zaur rza
  • Sosial

Xalq artisti Zaur Rzayev vəfat edib

User 29 Oktyabr 2026 - 19:08
bank
  • Sosial

Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz – Yeni qayda bu tarixdən qüvvəyə minir

User 29 Oktyabr 2026 - 19:01

xƏBƏR

netanyahu
  • Dünya

Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər

User 29 Oktyabr 2026 - 20:30
İsrailin Baş naziri Benyamin Netanyahunun rəhbərlik etdiyi koalisiya parlament seçkilərində Knessetdə 53 mandat qazanıb. Bununla da hökumət...
Read more about Netanyahu parlament çoxluğunu itirdi – Hökumət böhranı yarana bilər
Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq Almaniya
  • Dünya

Almaniya Litvada Rusiyaya qarşı elektron kəşfiyyat aparacaq

User 29 Oktyabr 2026 - 20:20
Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı ayaq key
  • Maraqlı

Gəzərkən baldırınız ağrıyırsa, diqqətli olun – həkim xəstəliyin əlamətini açıqladı

User 29 Oktyabr 2026 - 20:10
Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı kartof qaynadilmis
  • Maraqlı

Kartof zərərlidir, yoxsa faydalı? – Bu məhsulla bağlı 5 mif açıqlandı

User 29 Oktyabr 2026 - 20:00
İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur vens
  • Dünya

İran ABŞ-ın vitse-prezidentinin məktubuna cavab verməyib – Tehran susur

User 29 Oktyabr 2026 - 19:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.