Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Roma Papası ilə əlaqələr nə üçün Bakıya vacibdir?

User 16 Noyabr 2025 - 20:30 (Last updated: 16 Noyabr 2025 - 23:02)
seyx roma papasi

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə oktyabr ayında Vatikanda səfərdə olub.

QMİ sədri sülh və barışıq, dinlərarası dialoqun zəruri əhəmiyyətinə həsr olunmuş silsilə tədbirlərdə iştirak edib.

Şeyxülislam Vatikana səfəri çərçivəsində Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo ilə görüşüb.

Azərbaycan–Vatikan münasibətləri son 25 ildə regional siyasətin, dini diplomatiyanın və mədəni irs əməkdaşlığının xüsusi istiqamətinə çevrilib. Bu münasibətlərin əsas özəlliyi onların sırf dini deyil, həm də geosiyasi, humanitar və mədəni xarakter daşımasıdır.

Azərbaycanla Vatikan arasında əlaqələrin dərinləşməsinin başlıca səbəbi ölkəmizin dünyada tanıtdığı multikulturalizm və dinlərarası harmoniyanı dövlət ideologiyasının əsas elementlərindən biri kimi təqdim etməsidir.

Vatikan bu modeli Cənubi Qafqazda dinlərarası sabitliyin mühüm nümunəsi kimi qəbul edir. 2002-də II İoann Pavelin, 2016 və 2024-də Papa Fransiskin Azərbaycana səfərləri iki ölkə arasında yüksək səviyyəli etimad mühitinin rəmzi olub.

Bu səfərlər Azərbaycanın katolik icmasına göstərdiyi dəstəyin tanınması, dini tolerantlığın təsdiqi, Bakının Vatikan üçün regionda etibarlı tərəfdaş kimi qəbul edilməsinə xidmət edib.

Azərbaycan Vatikanla münasibətlərinə mühüm önəm verir, bunun üçün vacib addımlar atır. Bakıda Müqəddəs Məryəm kilsəsinin tikintisinə dövlət dəstəyi, Vatikanda Azərbaycan Mədəniyyət Mərkəzinin fəaliyyəti, Roma arxiv və muzeyləri ilə əməkdaşlıq, dini irsin qorunması ilə bağlı birgə layihələri göstərmək olar. Bu sahələr Azərbaycana öz mədəni və tolerantlıq brendini beynəlxalq səviyyədə gücləndirmək imkanı verir.

Vatikan da Cənubi Qafqazda yeni reallıqları nəzərə alaraq Azərbaycanla əməkdaşlığı strateji baxımdan faydalı hesab edir. Azərbaycana isə Qərb dünyası ilə balanslı dialoq kanallarında Vatikan kimi neytral, təsirli aktorla yaxınlıq əlavə diplomatik qapılar açır.

Azərbaycanın Vatikanla yüksək səviyyəli münasibətləri Prezident İlham Əliyevin siyasi liderlik xətti ilə möhkəmləndirilir.

2002, 2016 və 2024-cü illərdə Papaların Azərbaycana səfərləri, Bakıda katolik kilsəsinin tikintisinə göstərilən dövlət dəstəyi, Roma Müqəddəs Taxt-Tacla etimada söykənən əməkdaşlıq -bunların hamısı Azərbaycanda dövlət siyasətinin, Prezident İlham Əliyevin prioritetlərinin daxil olduğu yumşaq güc siyasətinin hissəsidir.

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadənin oktyabr ayında Vatikan səfəri həm regional, həm də qlobal müstəvidə dinlərarası əməkdaşlıq xəttinin davamıdır. A.Paşazadənin Roma Papası XIV Leo ilə görüşü Azərbaycanın tolerantlıq modelinin və multikultural siyasətinin beynəlxalq auditoriyada daha güclü ifadə forması kimi qiymətləndirilə bilər.

Bu səfər üç istiqamət üzrə maraqlıdır: dövlət-din münasibətləri modelinin tanıdılması, Azərbaycan–Vatikan əlaqələrinin dərinləşməsi, və Cənubi Qafqazda sülh gündəminin dini platformalarda daşıyıcılığı.

QMİ dövlət siyasətinin ardıcıl təbliğatçısı kimi

Azərbaycanın son 20 ildə qurduğu ideoloji xətt — multikulturalizm, tolerantlıq və dinlərarası harmoniya sadəcə daxili siyasətin elementi deyil, həm də xarici siyasi kommunikasiya vasitəsidir. QMİ bu siyasətin ictimai-dini təbliğatçı institutu rolunu oynayır.

Azərbaycan rəhbərliyi uzun müddətdir ki, Vatikan, Al-Azhar, Dünya Kilsələr Şurası və digər dini mərkəzlərlə əlaqələri təşviq edir. QMİ isə bu siyasətin konseptual və teoloji əsaslandırılmasını təmin edən platformadır. A.Paşazadənin səfərləri zamanı çıxışları Azərbaycanın təqdim etdiyi modeli “Şərq ilə Qərbin dini harmoniyası” kimi tanıdır.

Bəs Azərbaycan modelinin əsas özəllikləri nədən ibarətdir?

Bura tolerantlıq, dinlərarası uğurlu əməkdaşlıq, dini icmalar arasında münaqişələrin olmaması, qədim dini irsin bərpasına dövlət maliyyə dəstəyi daxildir. Vatikan rəhbərlərinin Azərbaycana ardıcıl səfərləri bu modelin qəbul edildiyini göstərir.

Azərbaycan–Vatikan münasibətləri əsasən siyasi xəttlə yanaşı dini-diplomatik kanal üzərindən inkişaf edir. Vatikan diplomatiyası dünyada ən güclü dini diplomatiyalardan biridir. Azərbaycan da dinlərarası dialoq sahəsində öz nümunəsini tanıtmaq üçün QMİ-ni bu platformada effektiv vasitə kimi istifadə edir.

QMİ-nin burada rolu dövlətin yürütdüyü siyasətin dini müstəvidə təqdimatıdır. QMİ informasiya və mövqe ötürücüsü kimi Azərbaycanda dini münasibətlər barədə Vatikana etibarlı məlumat verir, gərgin dövrlərdə narahatlıqların qarşısını almaqda diplomatik kanalların tamamlayıcısı rolunu oynayır.

Cənubi Qafqazda sülhyaradıcı proseslərin davam etdiyi bir dövrdə- xüsusilə Ermənistanla münasibətlərin normallaşması fonunda QMİ sədrinin səfərləri sülhün mesajını daşıyır.

Şeyxülislam çıxışlarında əsas vurğu olaraq Qafqazda yeni təhlükəsizlik arxitekturasının dinlərarası əməkdaşlıqla dəstəklənməsi, regionun “mədəni körpü” kimi təqdim olunması, Azərbaycanın müsəlman–xristian, müsəlman–yəhudi birlik ənənəsini nümunə göstərir.

Vatikana səfərlərin geosiyasi kontekstdə iki mühüm amili də var: Qərb-Rusiya münasibətlərinin gərginliyi Vatikan üçün yeni regional tərəfdaşlara ehtiyac artır. Cənubi Qafqazda yeni reallıq- Azərbaycan Ermənistanla münasibətləri normallaşdırarsa, Vatikan bu prosesdə dini platformaların dəstəyini önəmli hesab edir.

QMİ həm müsəlman dünyasının, həm də regionun ən tanınmış dini institutlarından biri kimi bu geosiyasi boşluğu doldurur. Bu səfər göstərir ki, Azərbaycan dinlərarası dialoqu həm daxildə, həm də beynəlxalq miqyasda prioritet istiqamət kimi təqdim edir.

Azərbaycan–Vatikan arasında əməkdaşlığın zəngin tarixi var. Bakı dini-mənəvi siyasətinin Vatikanda izahını aparır, katolik dünyası ilə müsəlman Şərqi arasında körpü missiyasını yerinə yetirir, Cənubi Qafqazda sülh təşəbbüslərinin dini aspektlərini vurğulayır. Bu səbəbdən A.Paşazadənin son Vatikan səfəri ikitərəfli dialoqun institusional davamı hesab olunur.

Azərbaycan–Vatikan əlaqələri özündə Azərbaycanın dünyada tolerantlıq modelinin təşviqinin, regional sülh gündəminin dəstəklənməsi, Qərb dini-siyasi mərkəzləri ilə balanslı əməkdaşlıq xəttinin qurulması kimi strateji hədəflərin bir hissəsidir. QMİ sədrinin aktiv fəaliyyəti bu əlaqələrin davamlılığının komponenti kimi çıxış edir.

Aydın ABBASOV

 

 

AzPost.az

Post navigation

Previous: Prezident İlham Əliyevin Özbəkistana səfəri başa çatıb
Next: Portuqaliya Ermənistanı darmadağın edib-9:1 –

Oxşar xəbərlər

neriman
  • Din

“Quran”da hicab məsələsi –

User 12 Oktyabr 2026 - 17:30
seyx esas
  • Din

Şeyxülislam Qazaxıstanın Vitse-prezidenti ilə görüşüb

User 06 Oktyabr 2026 - 22:05
ilham dini05
  • Din

Azərbaycanın İslam həmrəyliyi mesajı –

User 05 Oktyabr 2026 - 23:45

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.