Lənkəranda yanmış meyiti tapılanların kimlikləri müəyyənləşdi

Lənkəranın Göyşaban kəndində yanmış meyiti tapılan 2 nəfərin kimliyi müəyyən edilib.

AzPost “Qafqazinfo”ya istinadən bildirir ki, ölən şəxslərin 59 yaşlı Cəlilabad sakini Əmrah Bədəlov və 55 yaşlı Sərraf Mustafayev olduğu müəyyənləşib.

İlkin ehtimala görə, hər iki şəxs oradakı donuzçuluq fermasında işləyirmiş və fermanın gözətçi otağında baş vermiş yanğın səbəbindən yanaraq ölüblər.

Hadisə ilə bağlı digər versiyalar da araşdırılır və müvafiq ekspertizalar təyin edilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, ilkin məlumatda 2 nəfərin meyitinin zibilxanada aşkarlandığı bildirilmişdi.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.