Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Hazırda planetin altı milyard sakini onlayn rejimdədir –

User 20 Noyabr 2025 - 09:00 (Last updated: 20 Noyabr 2025 - 08:57)
mobil internet

mobil internet

Bu ilin noyabr ayına olan vəziyyətə görə, dünya əhalisinin təxminən dörddə üç hissəsi internetə çıxış imkanı var. 15–24 yaşarası gənclər ən aktiv istifadəçi qrupu hesab olunur.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) noyabrın 17-də yayımlanmış hesabatında bildirilir.

Sənədə əsasən, son il ərzində qlobal şəbəkəyə 240 milyondan çox insan qoşulub və hazırda planetin təxminən altı milyard sakini onlayn rejimdədir. Bununla yanaşı, təxminən 2,2 milyard insan hələ də rəqəmsal məkandan kənarda qalır ki, bu da ümumi və bərabərhüquqlu rəqəmsal əlçatanlığın təmin edilməsinin vacibliyini önə çıxarır.

BTİ-nin Baş katibi Dorin Boqdan-Martin qeyd edib ki, müasir həyat rəqəmsal texnologiyalar olmadan mümkün deyil və deməli, hər bir insanın internetdən istifadə etmək imkanı olmalıdır. Qoşulmanın keyfiyyəti, yəni sürət, etibarlılıq və əlçatanlıq, həmçinin rəqəmsal bacarıqların səviyyəsi insanların rəqəmsal imkanlardan faydalana bilməsini müəyyən edən əsas amillərdir.

Hesabatda ilk dəfə olaraq beşinci nəsil şəbəkələr (5G) haqqında məlumatlar təqdim edilib. Hazırda bu şəbəkələrdən təxminən üç milyard insan istifadə edir ki, bu da bütün mobil qoşulmaların üçdəbirini təşkil edir. 5G şəbəkələri dünya əhalisinin 55 faizini əhatə edir, lakin onlara çıxış son dərəcə qeyri-bərabərdir, belə ki, yüksək gəlirli ölkələrdə əhalinin 84 faizi 5G-yə qoşula bildiyi halda, aşağıgəlirli ölkələrdə bu göstərici cəmi 4 faizdir. Bununla yanaşı, varlı ölkələrin istifadəçiləri kasıb bölgələrdə yaşayan insanlara nisbətən təxminən səkkiz dəfə çox mobil trafik generasiya edir ki, bu da qoşulma keyfiyyətindəki fərqi nümayiş etdirir.

İnternetin əlçatanlığı məsələsi aktual olaraq qalır. Mobil internetin orta qiyməti azalsa da, aşağı və ortagəlirli ölkələrin 60 faizində əhalinin böyük bir hissəsi üçün hələ də əlçatandır sayılmır. İstifadəçilərin əksəriyyəti yalnız təməl səviyyəsində rəqəmsal bacarıqlara malikdir, onlayn təhlükəsizliyin təmin edilməsindən tutmuş kontent yaradılmasına qədər daha mürəkkəb bilik və bacarıqlar isə son dərəcə ləng inkişaf edir.

BTİ-nin Telekommunikasiya İnkişaf Bürosunun direktoru Kosmas Lakison Zavazava vurğulayıb ki, ümumi və təhlükəsiz rəqəmsal mühitə nail olmaq üçün infrastruktur, təlim və məlumat toplama sistemlərinə məqsədyönlü investisiyalar zəruridir.

Hesabat həmçinin gəlir səviyyəsi, cins və yaşayış yeri üzrə rəqəmsal fərqləri göstərir. Yüksəkgəlirli ölkələrdə əhalinin 94 faizi internetdən istifadə etdiyi halda, aşağıgəlirli ölkələrdə bu göstərici cəmi 23 faizdir. Oflayn qalan insanların böyük əksəriyyəti yoxsul və inkişaf etməkdə olan regionlarda yaşayır. Kişilər qadınlara nisbətən daha çox internetdən istifadə edir (71 faizə qarşı 77 faiz), şəhər əhalisi isə kənd sakinlərindən daha çox onlayndır (58 faiz faizə qarşı 85 faiz). 15–24 yaşlı gənclərin 82 faizi internetdədir, digər yaş qruplarında isə bu göstərici 72 faiz təşkil edir.

BTİ-nin hesabatı qlobal rəqəmsallaşmada mühüm irəliləyişin əldə olunduğunu qeyd etsə də, internetə çıxış üçün mövcud maneələrin aradan qaldırılmasının zəruriliyini də xatırladır. Əlçatan infrastruktur, ədalətli qiymətlər və rəqəmsal bacarıqların inkişafı olmadan milyonlarla insan rəqəmsal dünyanın kənarında qalmaq riski ilə üz-üzədir.

AzPost.az

Post navigation

Previous: Ağdam şəhərinin işğaldan azad edildiyi gündür
Next: “Moskva və Kiyev çətin güzəştlərə getməlidirlər” –

Oxşar xəbərlər

ilon mask robot
  • Media

İlon Maskdan xəbərdarlıq – Süni intellekt bəşəriyyəti məhv edə bilərmi?

User 21 Oktyabr 2026 - 10:02
turk jurnalist
  • Media

Haqqında cinayət işi açılan türk köşə yazarı Azərbaycandan üzr istədi

User 16 Oktyabr 2026 - 20:44
qida sufre
  • Media

Səhər yeməyində bu 4 sıyığa diqqət edin

User 16 Oktyabr 2026 - 17:43

xƏBƏR

paşşşinyan
  • Siyasət

Paşinyan: Azərbaycanla sülh sazişinin 2031, hətta 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur

User 22 Oktyabr 2026 - 12:11
Azərbaycanla sülh sazişinin mümkün qədər tez imzalanması Ermənistanın əsas vəzifələrindən biridir. “Armtimes“ xəbər verir ki, bunu Ermənistanın...
Read more about Paşinyan: Azərbaycanla sülh sazişinin 2031, hətta 2029-cu ilə qədər təxirə salınması planımızda yoxdur
Gürcüstan və Mərkəzi Asiya ölkələrinin XİN rəhbərləri sabah Batumidə görüşəcək gurcustan-bayraq
  • Siyasət

Gürcüstan və Mərkəzi Asiya ölkələrinin XİN rəhbərləri sabah Batumidə görüşəcək

User 22 Oktyabr 2026 - 12:09
FIFA: Azərbaycan dünya çempionatına hazırdır fifa 2026
  • İdman

FIFA: Azərbaycan dünya çempionatına hazırdır

User 22 Oktyabr 2026 - 10:58
BVF: Azərbaycanın xarici iqtisadi mövqeyi gözləniləndən daha sürətlə yaxşılaşacaq bvf
  • Siyasət

BVF: Azərbaycanın xarici iqtisadi mövqeyi gözləniləndən daha sürətlə yaxşılaşacaq

User 22 Oktyabr 2026 - 10:55
ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır putin uitkof
  • Dünya

ABŞ, Rusiya və Ukrayna arasında üçtərəfli danışıqların növbəti mərhələsi başlayır

User 21 Oktyabr 2026 - 21:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.