Niyə sosial şəbəkələrdən uzaqlaşmaq çətindir?

Rəqəmsal
Rəqəmsal

Roskachestvo-nun Rəqəmsal Ekspertiza Mərkəzinin tədqiqatına görə, insanlar sosial şəbəkələrdən asanlıqla ayrıla bilmirlər, çünki diqqətləri informasiya tələsinə düşür.

AzPost xəbər verir ki, analitiklərin məlumatına görə, sosial şəbəkələrdə zamanla “eko-kamera” formalaşır: istifadəçiyə yalnız onun üçün maraqlı məzmun göstərilir. Bu isə kritik düşüncəni zəiflədir və istifadəçinin platformadan ayrılmasını çətinləşdirir.

Bundan əlavə, çox sayda istifadəçi FOMO (önəmli xəbəri qaçırmaq qorxusu) təsiri altına düşür. Bu qorxu onların dəfələrlə xəbər lentini və bildirişləri yoxlamasına səbəb olur və sosial şəbəkələrə bağlılığı artırır.

Ekspertlər vurğulayırlar ki, bu səbəblərdən istifadəçilər sosial şəbəkələrdən ayrılmaqda çətinlik çəkirlər və öz istifadələrini şüurlu şəkildə idarə etməlidirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.