Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Media

Bakıda D-8 Media Forumunun açılış mərasimi keçirilib

User 21 Noyabr 2025 - 15:58 (Last updated: 21 Noyabr 2025 - 15:58)
forum02

21 noyabr tarixində “Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi” mövzusunda D-8 Media Forumunun açılış mərasimi keçirilib.

Regional və beynəlxalq müstəvidə informasiya mübadiləsinin təkmilləşdirilməsi, media sahəsində əməkdaşlığın gücləndirilməsi, dezinformasiyaya qarşı mübarizə üzrə birgə mexanizmlərin formalaşdırılması, rəqəmsal media istiqamətində birgə layihələrin təşviqi və təcrübələrin paylaşılması məqsədilə təşkil olunan forumun açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Forum iştirakçılarına müraciətini səsləndirib.

Sonra çıxış edən D-8 Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam üzv ölkələr arasında vahid, etibarlı və konstruktiv informasiya mühitinin formalaşdırılması üçün medianın rolunun həlledici olduğunu, dezinformasiya ilə mübarizədə koordinasiyalı fəaliyyətin zəruriliyini diqqətə çatdırıb. O əlavə edib ki, D-8 məkanında ortaq informasiya gündəminin formalaşdırılması, üzv ölkələrin inkişaf prioritetlərini dəstəkləyən media narrativlərinin təşviqi gələcək əməkdaşlıq üçün strateji əhəmiyyət daşıyır.

Forumun əsas məruzəçisi (“keynote speaker”) Pakistanın federal informasiya və yayım naziri Attaullah Tarar çıxışında forumun D-8 ölkələri arasında media əməkdaşlığının genişlənməsi, innovativ təcrübələrin paylaşılması və qlobal informasiya axınında mövcud çağırışlara münasibətdə birgə yanaşmaların müəyyən olunması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini deyib. O, Forumun nəticələrinin regionda daha koordinasiyalı və etibarlı media mühitinin formalaşmasına ciddi töhfə verəcəyini qeyd edib.

Banqladeş, Misir, İndoneziya, İran, Malayziya, Nigeriya və Türkiyədən olan nümayəndələr media mühitində qarşılaşılan qlobal çağırışların üzv dövlətlər arasında daha sıx birlik və koordinasiya tələb etdiyini bildiriblər. Qeyd olunub ki, informasiya axınının çoxvektorluğu, rəqəmsal platformalarda yanlış və manipulyativ məzmunun sürətlə yayılması kimi tendensiyalar ortaq səylərin zəruriliyini daha da artırır. Məruzəçilər, həmçinin üzv ölkələrin media qurumları və müvafiq dövlət strukturları arasında institusional əməkdaşlığın gücləndirilməsi, birgə layihələrin təşkili və süni intellektin formalaşdırdığı yeni reallıqlar fonunda medianın funksiyasının həm mahiyyət, həm də format baxımından yenidən müəyyənləşdirilməsinin vacibliyini vurğulayıb, D-8 çərçivəsində ilk media forumun keçirilməsini yüksək qiymətləndiriblər.

Daha sonra Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov tərəfindən D-8 Media Mükəmməllik Mərkəzinə dair təqdimat edilib. Təqdimatda D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının tamhüquqlu üzvü kimi Azərbaycanın ötən müddət ərzində həyata keçirdiyi tədbirlər və irəli sürdüyü təşəbbüslər barədə ətraflı məlumat verilib, xüsusilə D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması istiqamətində görülən işlər, onun struktur və funksional istiqamətləri, eləcə də üzv dövlətlər arasında media sahəsində bilik və təcrübə mübadiləsini təşviq edəcək platformaların formalaşdırılması üzrə nəzərdə tutulan addımlar diqqətə çatdırılıb.

AzPost.az

Post navigation

Previous: Bakıda hotelin 4 işçisini cəryan necə vurub? –
Next: Leyla və Arzu Əliyevalar Lənkəranda ekoloji aksiyada iştirak edib

Oxşar xəbərlər

suni intelekt is
  • Media

2035-ci ilə qədər jurnalistlərin yarısı işini itirəcək – Süni intellekt media bazarını dəyişir

User 22 Oktyabr 2026 - 17:07
ilon mask robot
  • Media

İlon Maskdan xəbərdarlıq – Süni intellekt bəşəriyyəti məhv edə bilərmi?

User 21 Oktyabr 2026 - 10:02
turk jurnalist
  • Media

Haqqında cinayət işi açılan türk köşə yazarı Azərbaycandan üzr istədi

User 16 Oktyabr 2026 - 20:44

xƏBƏR

xezer dayazlasma
  • Sosial

Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır

User 23 Oktyabr 2026 - 23:30
Xəzər dənizinin dayazlaşması təkcə sahilyanı ərazilərin vəziyyətinə deyil, həm də neft-qaz infrastrukturunun fəaliyyətinə təsir göstərir. Bu barədə...
Read more about Dənizin dayazlaşması Azərbaycanın neft-qaz infrastrukturu üçün risk yaradır
İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək? putin pezeskian
  • Dünya

İran prezidenti gələn həftə Rusiyaya gedəcək – Putinlə hansı məsələləri müzakirə edəcək?

User 23 Oktyabr 2026 - 23:20
Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı buzlaq antrak
  • Maraqlı

Yer kürəsinin forması dəyişir – alimlər buzlaqlarla bağlı yeni nəticələr açıqladı

User 23 Oktyabr 2026 - 23:05
ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı putin uitkof
  • Dünya

ISW: Putin ABŞ-la danışıqlardan nə istəyir? – Kremlin əsas məqsədi üzə çıxdı

User 23 Oktyabr 2026 - 22:56
Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı zelenski
  • Dünya

Ukrayna, ABŞ və Rusiya arasında üçtərəfli görüşün yeri və vaxtı açıqlandı

User 23 Oktyabr 2026 - 22:29
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.