Əyyub Quliyev Dövlət Kamera Orkestrinə dirijor təyin edilib

Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinə dirijor təyin edilib.

Bu barədə Dövlət Kamera Orkestri məlumat yayıb.

Qeyd edilib ki, bu vəzifəyə Əməkdar artist, dirijor Əyyub Quliyev təyin olunub.

Məlumatı Əməkdar artist APA-ya təsdiq edib.

Xatırladaq ki, Əyyub Quliyev 1984-cü ildə anadan olub. O, həmçinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Bakı Musiqi Akademiyasının Xor Dirijorluğu kafedrasının baş müəllimi, Vasili Safonov adına Rusiya Akademik Dövlət Filarmoniyasının baş dirijorudur. 2017-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti adına layiq görülüb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.