Qadın xəstəliyin sağalmaz mərhələsini aşdı –“tibbi möcüzə” adlandırıldı

hekim

Yeni Zelandiyada yaşayan gənc qadının beyin xərçənginin son – dördüncü mərhələsini aşması həkimlər tərəfindən “tibbi möcüzə” kimi qiymətləndirilib.

AzPost Daily Mail-ə istinadla xəbər verir ki, Peyc Suisted adlı qadın ilk əlamətləri 2024-cü ilin aprelində hiss edib. Onun əvvəlcə sağ əl barmaqları, daha sonra isə əlləri və ayaqları keyiməyə başlayıb. Müayinə zamanı ona dördüncü mərhələ astrositoma diaqnozu qoyulub və həm şüa, həm də kimyəvi terapiya təyin edilib.

Bir ildən sonra aparılan müşahidələrdə şişin yox olduğu müəyyən edilib. Həkimlər yaxın zamanda əməliyyat keçirərək bədəndə heç bir xərçəng hüceyrəsinin qalmadığına tam əmin olmaq istəyirlər.

Peyc deyir ki, indi sadəcə həyatına davam edir və bənzər vəziyyətlə üzləşən insanlara yardım etmək arzusundadır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.