Kiyev İstanbul danışıqlarını davam etdirməkdən imtina edib.
AzPost bildirir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov deyib.
“Ukraynalılar hələlik ən azı İstanbul danışıqları raundu təklifini rədd ediblər” -deyə o, jurnalistlərə bildirib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Moskva ilə Kiyev arasında üç raund İstanbulda keçirilən birbaşa danışıqlar Ukraynada gələcək sülhün bərqərar olması üçün əla təməl yaradıb.
Xatırladaq ki, Moskva ilə Kiyev arasında birbaşa danışıqların üçüncü raundu bu il iyulun 23-də İstanbulda baş tutub. Görüşdən sonra Rusiya nümayəndə heyətinin rəhbəri Vladimir Medinski Ukraynanın Rusiya tərəfinin işçi qrupları yaratmaq təklifini nəzərdən keçirməyə razı olduğunu açıqlayıb.