14 yaşlı məktəbli qız anasını öldürüb-Ağlagəlməz səbəb

Rusiyada 14 yaşlı məktəbli qız anasını bıçaqlayaraq öldürüb.

AzPost BAZA-ya istinadən bildirir ki, bu dəhşətli cinayətin ağlagəlməz səbəbi olub.

Qız bildirib ki, anası onu kiçik qardaşına baxmağa, evə vaxtında gəlməyə məcbur edib və ev tapşırıqlarını yerinə yetirmədiyinə görə danlayıb. Yeniyetmənin sevdiyi oğlan qadını öldürməyə ona kömək edib.

Kseniya və 16 yaşlı sevgilisi İvan qətli əvvəlcədən planlaşdırıblar. Bazanın sözlərinə görə, gənc oğlan əvvəllər internetdə narkotik axtarıb.

Yeniyetmələr 36 yaşlı Olqanın başına və bədəninə növbə ilə bıçaqlayıblar. Onun öldüyünə əmin olduqdan sonra cəsədini zirzəmidə gizlədiblər. Ögey atası daha sonra onu aşkar edib.

Dindirmə zamanı İvan Kseniyaya olan sevgisinə görə, qətlə kömək etmək qərarına gəldiyini bildirib. Qız məktəbdəki problemlər və guya tam valideyn nəzarəti üzündən anasından qisas almağa qərar verib: ana qızını kiçik qardaşına baxmağa, gec qalmamağa və məktəb tapşırıqlarını yerinə yetirərək vaxtında evə gəlməyə məcbur edib.

Yeniyetmələr saxlanılıb. İstintaq Komitəsi cinayət işi açıb və istintaqa prokurorluq nəzarət edir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.