Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“ŞUŞA” PFK məktəblilər üçün inşa müsabiqəsi elan edir

User 17 Dekabr 2025 - 18:52 (Last updated: 17 Dekabr 2025 - 18:52)
susa pfk
Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş “Şəhidim mənim, qürurum mənim” layihəsi keçiriləcək.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə “ŞUŞA” Peşəkar Futbol Klubu tərəfindən məktəblilər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədilə “Şəhidim mənim, qürurum mənim” adlı inşa müsabiqəsi təşkil olunacaq.
Layihənin əsas məqsədi gənc nəslin milli-mənəvi dəyərlərə bağlılığını gücləndirmək, şəhidlərimizin müqəddəs xatirəsini yad etmək, onların göstərdiyi qəhrəmanlıq nümunələrini məktəblilərə aşılamaqdır. Müsabiqə çərçivəsində iştirakçı şagirdlər şəhidlərimizə həsr olunmuş düşüncə və duyğularını inşa formatında təqdim edəcəklər. Təqdim olunan yazılar peşəkar münsiflər heyəti tərəfindən qiymətləndiriləcək, qaliblər diplom və mükafatlarla təltif olunacaq.
Tədbir proqramına eyni zamanda məktəblilər arasında futbol yarışı da daxildir. Turnirin keçirilməsində məqsəd sağlam həyat tərzinin təşviqi, gənclər arasında komanda ruhunun formalaşdırılması və dostluq münasibətlərinin möhkəmləndirilməsidir.
Mövzu ilə bağlı “ŞUŞA” Peşəkar Futbol Klubunun prezidenti Güləli Bağırov bildirib: “Şəhidlərimiz xalqımızın əbədi qürur mənbəyidir. Onların xatirəsini yaşatmaq və qəhrəmanlıq yolunu gənc nəslə düzgün şəkildə ötürmək hər birimizin mənəvi borcudur. ‘Şəhidim mənim, qürurum mənim’ müsabiqəsi və paralel olaraq təşkil edilən futbol yarışı bu ali məqsədə xidmət edir.”
“ŞUŞA” Peşəkar Futbol Klubu bütün futbolsevərləri, valideynləri, müəllimləri və ictimaiyyət nümayəndələrini bu mənalı tədbirdə iştirak etməyə və gənclərə dəstək göstərməyə dəvət edir.
Əlaqə məlumatları:
“ŞUŞA” Peşəkar Futbol Klubu
Tel: +994702372227
E-mail:officialshushapfc@gmail.com
Son tarix: 31.12.2025
Qaliblər 15 gün sonra elan ediləcək

AzPost.az

Post navigation

Previous: “Bibiheybət” Gəmi Təmiri Zavodu bağlanır –
Next: Erməni Kilsəsinin yepiskopları katolikosdan istefa tələb etdilər –

Oxşar xəbərlər

et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.