Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Günəşə doğru “baxan” kometa yeni sirrini açdı

Orkhan Ali 18 Dekabr 2025 - 08:38 (Last updated: 18 Dekabr 2025 - 08:39)
halley kometi

Astronomlar ulduzlararası 3I/ATLAS kometası ilə bağlı daha bir qeyri-adi xüsusiyyət aşkar ediblər. AzPost xəbər verir ki, Harvard Universitetinin tədqiqatçısı Avi Lebin açıqlamasına görə, bu obyekt artıq 14-cü anomaliyası ilə elmi ictimaiyyətin diqqətini cəlb edir.

Məlumata görə, 3I/ATLAS kometasının şüa axınının forması dəyişib və bu dəyişiklik mövcud klassik kometa modelləri ilə uyğunluq təşkil etmir. Əgər bu axın buzun Günəş şüalarının təsiri ilə buxarlanması nəticəsində yaranıbsa, müşahidə olunan yeni həndəsi quruluş ciddi suallar doğurur.

Alim bildirir ki, kometanın nüvəsinin fırlanma oxu Günəşə yaxınlaşma anında demək olar ki, işıq mənbəyinə paralel vəziyyətdədir. Sapma cəmi səkkiz dərəcə təşkil edir. Maraqlısı odur ki, həmin anda kometanın Günəşdən məsafəsi Yer-Günəş məsafəsindən təxminən beş dəfə çox olacaq. Bu cür uyğunluğun təsadüfi baş vermə ehtimalı isə cəmi 0,5 faiz olaraq qiymətləndirilir.

Lebin sözlərinə görə, əgər bu uyğunluq olmasaydı, kometanın “anti-quyruğu” Günəşə doğru daha böyük bucaq altında yönəlməli və daha kəskin mövqelər dəyişməsi nümayiş etdirməli idi. Lakin müşahidələr bu dəyişmənin çox zəif olduğunu göstərir ki, bu da yeni suallar yaradır.

Alim daha əvvəl də 3I/ATLAS-ın anti-quyruğunun qeyri-adi davranışına diqqət çəkmişdi. Bu anti-quyruq işıqlanır və Günəş istiqamətinə yönəlir. Halbuki adi kometalarda Günəş radiasiyası və hissəcik axını toz və qazı əks istiqamətə aparır. Bu fenomenin səbəbi hələ də məlum deyil və Lebin qeyd etdiyi kimi, mövzu indiyədək NASA-nın ixtisaslaşmış elmi konfranslarında belə müzakirə olunmayıb.

Qeyd edək ki, 3I/ATLAS kometası iyulun 1-də aşkarlanıb. Sonradan onun başqa bir ulduz sistemindən Günəş sisteminə daxil olduğu müəyyən edilib. Kometanın komasının diametri təxminən 24 kilometr olaraq qiymətləndirilir. Kompüter modelləşdirmələrinə əsasən, obyektin yaşı 7,5 milyard ildən çoxdur. Bu isə onu Günəşdən təxminən 3 milyard il daha qədim və indiyədək müşahidə edilmiş ən qədim kosmik obyektlərdən biri edə bilər.

AzPost.az

Post navigation

Previous: PSJ Qitələrarası Kubokun qalibi olub
Next: ABŞ Tayvana 4 milyard dollarlıq HIMARS satır

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.