Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Alimlər ultraemal olunmuş məhsulların beyin üçün gizli təhlükəsini açıqlayıb

Orkhan Ali 19 Dekabr 2025 - 11:00 (Last updated: 19 Dekabr 2025 - 10:48)
cipsiler

Alimlər ultraemal olunmuş qidaların insan beyninə mənfi təsir göstərdiyini müəyyən ediblər. Araşdırmalar göstərib ki, bu cür məhsulların tez-tez istehlakı beynin strukturunda dəyişikliklərə səbəb ola bilər. Bu barədə AzPost xarici mediaya istinadla məlumat verir.

Mütəxəssislər təxminən 30 min nəfərin beyin görüntülərini təhlil edərək, ultraemal olunmuş qidalara üstünlük verən şəxslərdə müəyyən struktur dəyişikliklərinin müşahidə edildiyini aşkar ediblər. Bildirilib ki, bu dəyişikliklər iştahın idarə olunmasını çətinləşdirir və həddindən artıq qidalanmaya yol aça bilər.

Araşdırmada qeyd olunur ki, ultraemal olunmuş məhsullar tərkibində çoxlu sənaye əlavələri – emulqatorlar, boyaq maddələri, dadlandırıcılar və konservantlar olan qidalardır. Bu kateqoriyaya şirin qazlı içkilər, çipslər, fastrfud məhsulları, kolbasalar, hazır souslar və uzunmüddətli saxlanma üçün nəzərdə tutulan digər qidalar daxildir.

Tədqiqatın həmmüəllifi, Helsinki Universitetinin nümayəndəsi Arsen Kanyambiva bildirib ki, əldə olunan nəticələr ultraemal olunmuş məhsulların yüksək səviyyədə istehlakının beyində dəyişikliklərlə əlaqəli olduğunu göstərir. Onun sözlərinə görə, bu təsirin əsas səbəbi məhz kimyəvi əlavələrdir.

Eyni zamanda ekspertlər vurğulayıblar ki, bütün emal olunmuş qidalar zərərli hesab edilmir. Dondurulmuş tərəvəzlər, pasterizə edilmiş süd və konservləşdirilmiş balıq kimi məhsullar faydalı ola bilər. Əsas təhlükə isə tərkibində çoxlu əlavələr, şəkər, duz və yağ olan qidalardan qaynaqlanır.

AzPost.az

Post navigation

Previous: Milli Həmrəyliyə futbol mesajı: “Şuşa” PFK ilə “Görədil” FK üz-üzə gəlir
Next: Parlamentin iclasının gündəliyi dəyişdi

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.