Trampın Maduronun həbs etməsi kimə mesaj idi? –Reuters

ABŞ-ın Venesueladakı əməliyyatının məqsədlərindən biri də Çinə “Amerikadan uzaq durun” mesajı göndərmək idi.

AzPost bildirir ki, bu barədə Reuters agentliyinin məlumatında deyilir.

Agentliyin məlumatına görə, 20 ildir ki, Çin Latın Amerikasında təsirini təkcə iqtisadi imkanlar üçün deyil, həm də əsas geosiyasi rəqibinin sərhədində strateji mövqe tutmaq üçün artırmağa çalışır.

“Tramp administrasiyasının bir neçə rəsmisi agentliyə bildirib ki, ABŞ prezidentinin Maduroya qarşı hərəkətləri qismən Çinin ambisiyalarına qarşı çıxmaq məqsədi daşıyır”- hesabatda deyilir:

Xatırladaq ki, ABŞ 3 yanvarda Venesuela ərazisinə kütləvi hava hücumu təşkil edib. Nikolas Maduro və həyat yoldaşı Siliya Flores tutularaq Nyu-Yorka aparılıb. Delsi Rodriges Venesuelanın müvəqqəti prezidenti olub və and içib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.