Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Antarktida nəhəng aysberq sürətlə əriyir –

User 12 Yanvar 2026 - 10:20 (Last updated: 12 Yanvar 2026 - 01:25)
aysberq

Antarktida sahillərində nəhəng A23a aysberqi artıq orijinal ölçüsünün 78%-ni itirib. Aysberq yaxın gələcəkdə tamamilə yox ola bilər.

AzPost bildirir ki, bu barədə Arktika və Antarktika Tədqiqat İnstitutu məlumat yayıb.

Hidrometeorologiya Məlumat Mərkəzinin baş mütəxəssisi Polina Soloşçukun sözlərinə görə, aysberq təkcə son bir ayda ölçüsünün təxminən 30%-ni itirib. O qeyd edib ki, aysberqin günlərinin sayıldığı və çox tezliklə mövcudluğunu dayandıracağı ehtimalı var.

Payızda buz nəhəngindən dörd böyük fraqment qopub. Lakin bundan sonra da A23a dünyanın ən böyük aysberqi olaraq qalıb. Hazırda Cənubi Okeanda sürüşməyə davam edir və Cənubi Georgiya adasından təxminən 200 kilometr məsafədə yerləşir.

A23a aysberqi 1986-cı ildə Filchner Buz Şelfinin bir hissəsi olaraq əmələ gəlib. Onun orijinal sahəsi 4000 kvadrat kilometri keçib. Bu, Sankt-Peterburqdan təxminən iki dəfə böyükdür. Aysberq 30 ildən çox müddət ərzində quruda qalıb, sonra Antarktida sahilləri boyunca sürüşməyə başlayıb.

2025-ci ilin əvvəllərində Cənubi Corciya adasına yaxınlaşıb və bu da alimlər arasında narahatlıq yaradıb. Lakin adadan təxminən 80 kilometr aralıda yenidən dayanıb, keçən ilin may ayına qədər orada qalıb. Bundan sonra isə hərəkəti bərpa olunub.

AzPost.az

Post navigation

Previous: Trampın Maduronun həbs etməsi kimə mesaj idi? –
Next: Sağlamlıq üçün böyük əhəmiyyəti olan 6 sadə vərdiş

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.