Kredit alan zaman bu sənədlər tələb olunacaq- Mərkəzi Bankdan QƏRAR

Kredit
Kredit

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”nda dəyişikliklər edib.

Bununla bağlı AMB-nin sədrinin birinci müavini Əliyar Məmmədyarov yeni qərar imzalayıb.

Qərara əsasən, “yaşıl” və “dayanıqlılıqla əlaqəli” kreditlər üzrə borcalanın ödəmə qabiliyyətinin qiymətləndirilməsi zamanı ondan fəaliyyətin, layihənin və məhsulun “yaşıl” və dayanıqlılığını təsdiq edən aşağıdakı sənədlərdən bir və ya bir neçəsi tələb ediləcək:

– özünüqiymətləndirmə sənədi;

– fəaliyyətə, layihəyə və ya məhsula dair ixtisaslaşmış şəxslərdən əldə edilmiş təsdiqedici rəy;

– beynəlxalq təşkilatlar tərəfindən verilən təsdiqedici sənəd.

Bundan başqa, bank “yaşıl” və “dayanıqlılıqla əlaqəli” kredit risklərinin azı illik əsasda monitorinqini aparmalı və bankın strateji planına uyğun olmayan fəaliyyətlərin vaxtında aşkar edilməsini təmin etmək üçün müvafiq tədbirlər həyata keçirməlidir.

Bank “dayanıqlılıqla əlaqəli” kredit risklərinin monitorinqi zamanı borcalandan onun əsas fəaliyyət göstəriciləri və əsas dayanıqlılıq hədəflərinə dair məlumatları tələb etməlidir.

Həmçinin “yaşıl” və “dayanıqlılıqla əlaqəli” kreditlərin müqavilə şərtlərinə uyğun istifadə edilmədiyi hallarda digər kateqoriyaya keçirilməsi üçün mexanizmlər müəyyən edilməlidir

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.