“İrana kömək artıq yoldadır”-Tramp İranla bütün rəsmi danışıqları ləğv etdiyini bəyan etdi

ABŞ prezidenti Tramp İranla bütün rəsmi görüşləri və danışıqları ləğv etdiyini bəyan edib. 

AzPost bildirir ki, o bu barədə sosial şəbəkədə paylaşımında yazıb.

“İrana kömək artıq yoldadır”-deyə Tramp yazıb.

Donald Tramp “etirazçıların öldürülməsi dayanana” qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etdiyini açıqlayıb və etiraz aksiyalarını davam etməsinə çağırıb.

“İran vətənpərvərləri, etiraz etməyə davam edin – qurumları nəzarətə alın. Qatillərin adlarını yadda saxlayın. Onlar bunun üçün ağır bədəl ödəyəcəklər”, – Tramp bəyan edib.

 

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.