Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Çiy, yoxsa bişmiş?

Orkhan Ali 14 Yanvar 2026 - 18:00 (Last updated: 14 Yanvar 2026 - 13:30)
yumurta

Yumurta gündəlik qidalanmada ən çox istifadə olunan və ən əlçatan protein mənbələrindən biridir. Lakin illərdir müzakirə olunan əsas sual dəyişməz qalır: yumurtanı çiy içmək daha faydalıdır, yoxsa bişmiş halda yemək? Mütəxəssislərin və aparılan elmi araşdırmaların nəticələri bu məsələyə aydınlıq gətirir.

AzPost xəbər verir ki, dietoloqlar və qidalanma üzrə mütəxəssislər yumurtanın çiy halda qəbulunun sağlamlıq baxımından ciddi risklər daşıdığını bildirirlər. Əsas təhlükə salmonella bakteriyası ilə yoluxma ehtimalıdır. Bu bakteriya həm yumurtanın qabığında, həm də daxili hissəsində ola bilər və xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan şəxslər üçün ağır fəsadlara səbəb ola bilər.

Mütəxəssislərin fikrincə, çiy yumurtanın daha faydalı olması ilə bağlı yayılan fikirlər elmi əsaslara söykənmir. Əksinə, aparılan tədqiqatlar göstərir ki, yumurta bişirildikdə onun tərkibindəki zülal orqanizm tərəfindən daha effektiv mənimsənilir. Belə ki, elmi araşdırmalara əsasən, bişmiş yumurtadakı zülalın mənimsənilmə faizi təxminən 90 faizdən çox olduğu halda, çiy yumurtada bu göstərici 50 faizə belə çatmır.

Bu isə o deməkdir ki, əzələ kütləsinin qorunması, enerji səviyyəsinin yüksəldilməsi və ümumi qidalanma keyfiyyəti baxımından yumurtanın bişmiş forması daha üstündür. Termik emal zamanı bəzi vitaminlərin qismən azalması ehtimalı olsa da, zülalın yüksək mənimsənilməsi bu itkini kompensasiya edir.

Mütəxəssislər bildirirlər ki, yumurtanı təhlükəsiz şəkildə qəbul etməyin ən doğru yolu onu qaynatmaq, qızartmaq və ya digər termik üsullarla bişirməkdir. Çiy yumurtadan imtina etməyənlərə isə yalnız təzə və yoxlanılmış məhsullardan istifadə etmək, həmçinin gigiyenik qaydalara ciddi əməl etmək tövsiyə olunur.

AzPost.az

Post navigation

Previous: “Əməli işlərə başlamaq üçün mühüm addımdır” –
Next: Səhv qərara görə 13 il həbsdə qalan kişiyə 1 milyon avro təzminat verildi

Oxşar xəbərlər

burcler
  • Maraqlı

2026-cı ilin sonuna qədər 4 bürcün həyatı dəyişəcək – Onları nə gözləyir?

User 12 Noyabr 2026 - 20:47
person measures blood sugar with glucometer
  • Maraqlı

Gəzinti və üzgüçülük şəkər xəstələrinə necə kömək edir? – Alimlər səbəbini tapdı

User 12 Noyabr 2026 - 20:10
yer kuresi01
  • Maraqlı

Yerdə həyat yaranmasaydı, planetimiz necə olardı? – Alimlərdən təəccüblü nəticəyə

User 12 Noyabr 2026 - 11:10

xƏBƏR

azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və...
Read more about Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı
Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü? nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.