Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

ÜST spirtli və şirin içkilər üçün vergiləri artırmağa çağırıb

User 14 Yanvar 2026 - 20:22 (Last updated: 14 Yanvar 2026 - 20:22)
Spirtli

Spirtli

Şirin içkilərin və alkoqollu məhsulların qiymətinin ucuzlaşması onları getdikcə daha da əlçatan edir ki, bu da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, qeyri-infeksion xəstəliklərin və travmaların artmasına gətirib çıxarır.

Bu hal xüsusilə uşaqlar və gənclər arasında daha kəskin şəkildə özünü göstərir və əhalinin bu qrupunda piylənmə, şəkər, ürək-damar xəstəlikləri və xərçəng xəstəliyinin bəzi növlərinə daha tez-tez rast gəlinir.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin mətbuat xidməti məlumat yayıb.

ÜST-nin çərşənbə axşamı dərc olunmuş iki qlobal hesabatında hökumətlərə şəkər tərkibli içkilər və alkoqollu məhsullar üzrə vergi siyasətini əhəmiyyətli dərəcədə gücləndirmək çağırışı yer alıb. Təşkilat xəbərdarlıq edir ki, zəif vergi nəzarəti səbəbindən zərərli məhsullar ucuz olaraq qalır.

ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus vurğulayıb ki, bu cür məhsullara olan yüksək vergilər əhalinin sağlamlığının yaxşılaşdırılması üçün ən effektiv alətlərdən biridir. Onun sözlərinə görə, tütün məmulatlarına, şirin içkilərə və alkoqola tətbiq edilən vergilərin artırılması onların istehlakını azaldır və tibbi xidmətlərin maliyyələşdirilməsi üçün əlavə vəsait təmin edir.

Baxmayaraq ki, şəkər tərkibli içkilərin və alkoqollu məhsulların qlobal bazarı milyardlarla gəlir gətirir, dövlətlər bu gəlirin yalnız kiçik bir hissəsini əldə edirlər. Şirin içkilər üzrə vergilər ən azı 116 ölkədə tətbiq olunur, lakin şəkərin yüksək miqdarda olduğu bir çox məhsullar olan meyvə şirələri, südlü kokteyllər, hazır qəhvə və ya çay içkiləri vergidən kənarda qalır. Enerji içkiləri ölkələrin 97 faizində vergiyə cəlb olunur və bu göstərici 2023-cü ildən dəyişməyib.

ÜST-nin hesabatı göstərir ki, alkoqollu məhsullar üzrə vergilər 167 ölkədə qüvvədədir, 12 dövlətdə isə spirtli içkilərin satışı tam qadağandır. Bununla belə, 2022-ci ildən etibarən əksər ölkələrdə alkoqollu məhsullar daha əlçatan olub və ya əvvəlki qiymət səviyyəsini qoruyub saxlayıb, çünki vergi dərəcələri inflyasiya və gəlirlərin artımı ilə ayaqlaşmır. Şərab ən azı 25 ölkədə əlavə vergiyə cəlb olunmur.

ÜST-nin Sağlamlıq göstəriciləri üzrə departamentinin direktoru Etyen Kruq qeyd edib ki, əlçatan alkoqol zorakılıq hallarının, travmaların və xəstəliklərin artmasına şərait yaradır.

ÜST bildirir ki, dünyada ümumilikdə alkoqollu məhsullar üzrə aksiz vergiləri aşağı səviyyədə qalır, belə ki, orta göstərici pivə üçün 14 faiz, güclü spirtli içkilər üçün isə 22,5 faiz təşkil edir. Şirin içkilər üzrə vergilər də aşağıdır: orta hesabla adi şirin qazlı içkinin dəyərinin cəmi təxminən 2 faizi səviyyəsindədir və çox vaxt yalnız məhdud məhsul siyahısına şamil olunur. Bundan əlavə, yalnız az sayda ölkə vergi dərəcələrini inflyasiyaya uyğunlaşdırır ki, bu da zərərli məhsulları getdikcə daha əlçatan edir.

2022-ci ildə “Gallup” sosioloji xidməti tərəfindən aparılmış sorğunun nəticələri göstərib ki, respondentlərin əksəriyyəti alkoqollu məhsullar və şirin içkilər üzrə vergilərin artırılmasını dəstəkləyir. ÜST ölkələri bu sahədə siyasəti yenidən nəzərdən keçirməyə çağırır.

AzPost.az

Post navigation

Previous: Üç “sağlam” məhsul, əslində isə ziyan verir
Next: Niyə qısa videolara belə maraq göstəririk?

Oxşar xəbərlər

ilham pese
  • Sosial

İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

User 07 Noyabr 2026 - 10:17
et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58

xƏBƏR

neft
  • İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 107 dolları ötüb

User 07 Noyabr 2026 - 10:26
Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb. Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,62 dollar...
Read more about Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib ilham pese
  • Sosial

İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

User 07 Noyabr 2026 - 10:17
Tramp marşrutu üzrə işlər başladı – Azərbaycan, ABŞ və Ermənistan texniki qruplar yaratdı az abs ermeni
  • Baş Yazı

Tramp marşrutu üzrə işlər başladı – Azərbaycan, ABŞ və Ermənistan texniki qruplar yaratdı

User 07 Noyabr 2026 - 10:11
Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.