Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Tramp marşrutu üzrə işlər başladı – Azərbaycan, ABŞ və Ermənistan texniki qruplar yaratdı

User 07 Noyabr 2026 - 10:11 (Last updated: 07 Noyabr 2026 - 10:11)
az abs ermeni

Azərbaycan, ABŞ və Ermənistanın “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) layihəsini həyata keçirmək üçün üçtərəfli texniki qrupları fəaliyyətə başlayıb.

Bu barədə üç ölkə hökumətlərinin 6 noyabrda dərc olunmuş birgə bəyanatında bildirilib.

İşçi qruplarının işə başlaması ilə bağlı görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan iştirak ediblər.

Bəyanatda qeyd edilir ki, yeni format üç ölkənin hökumət nümayəndələrini, və texniki mütəxəssislərini regional nəqliyyat əlaqələrini inkişaf etdirmək, uzunmüddətli sabitliyi gücləndirmək və iqtisadi əməkdaşlığı genişləndirmək üçün birgə işləmək üçün bir araya gətirir.

Tərəflər nəqliyyat və elektrik enerjisinin ötürülməsi məsələlərini həll edəcək ilk iki üçtərəfli işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

Vurğulanır ki, bu qrupların işi mürəkkəb texniki məsələlərin həllinə və TRIPP-in tətbiqinin növbəti mərhələlərinə, o cümlədən onun digər regional infrastrukturla inteqrasiyasına keçməyə kömək edəcək.

İştirakçılar həmçinin layihənin bütün komponentlərinin qısa zamanda praktik olaraq işə salınmasına sadiq olduqlarını bir daha təsdiqləyiblər.

AzPost.az

Post navigation

Previous: Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Next: İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

Oxşar xəbərlər

naxcivan numaya
  • Baş Yazı

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olunub

User 06 Noyabr 2026 - 19:09
budce
  • Baş Yazı

2027-ci ildə maaş və pensiyalar nə qədər artacaq? – Büdcədən yeni rəqəmlər açıqlandı

User 06 Noyabr 2026 - 13:10
ilham ceb01
  • Baş Yazı

Prezident və birinci xanım Cəbrayılda – YENİLƏNİR / FOTO

User 06 Noyabr 2026 - 12:45

xƏBƏR

ilham pese
  • Sosial

İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib

User 07 Noyabr 2026 - 10:17
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin əsaslı təmirdən sonra açılışında iştirak...
Read more about İlham Əliyev Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Tramp marşrutu üzrə işlər başladı – Azərbaycan, ABŞ və Ermənistan texniki qruplar yaratdı az abs ermeni
  • Baş Yazı

Tramp marşrutu üzrə işlər başladı – Azərbaycan, ABŞ və Ermənistan texniki qruplar yaratdı

User 07 Noyabr 2026 - 10:11
Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.