OMİD Mağazalar Şəbəkəsi borca düşüb

Azərbaycanda inşaat mallarının topdan və pərakəndə satışı üzrə ən böyük satış mərkəzlərindən olan”OMİD” Mağazalar Şəbəkəsi dövlət qarşısında borca düşüb.
Bu barədə İqtisadiyyat.az kommersiya qurumlarının dövlət reyestrindən məlumat əldə edib.
Məlumata görə, şirkətin hazırda Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 201 923.16 manat vergi borcu mövcuddur.
Qeyd edək ki, “OMİD” MMC 1994-cü ildən fəaliyyət göstərir. Şirkətin hazırda Bakı şəhəri ilə yanaşı, ölkənin bir çox bölgələrində satış mərkəzləri var. “OMİD”in 2024-cü ildən CEO-su və qanuni təmsilçisi Burhan Sevahildir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.