Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

İqbal Məmmədovun “Lerik Broyler”i fəaliyyətini dayandırdı – Səbəb nədir?

Orkhan Ali 22 Yanvar 2026 - 17:16 (Last updated: 22 Yanvar 2026 - 16:33)
4e2482ba3ae0795098697a1f81e2f52f_1727252703_646e2033733e9f821c1e4e41d27002d6untitled-1-jpg
Milli Məclisin VI çağırış deputatı olmuş İqbal Məmmədova məxsus “Lerik Broyler” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) fəaliyyətini dayandırıb.
Qaynarinfo-nun məlumatına görə, İqbal Məmmədov deputat mandatını itirdikdən sonra onun digər biznes layihələri ilə yanaşı, “Lerik Broyler” MMC-də də ciddi maliyyə problemləri yaranıb.
Şirkət bir neçə aydır fəaliyyət göstərmir. Bildirilir ki, işçilər uzun müddətdir əmək haqlarını ala bilmirlər.
Aparılan araşdırmaya əsasən, MMC-nin Dövlət Vergi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsinə 255 340,07 manat vergi borcu mövcuddur.
Məlumata görə, İqbal Məmmədovun qardaşı oğlu Orxan Nərimanlı direktor vəzifəsindən azad edilib. Bir neçə ay əvvəl “Lerik Broyler” MMC-nin direktoru vəzifəsinə Emil Şiriyev təyin olunub.
Məsələ ilə bağlı “Lerik Broyler” MMC-nin Emin adlı nümayəndəsi ilə əlaqə saxladıq. Onun şirkətin İqbal Məmmədovla əlaqəsi barədə suala belə reaksiya verdi:
“Sizə nə dəxli var? Şirkət İqbal Məmmədovdan çıxıb, ya çıxmayıb. İşçilərə əmək haqqı verilməməsi ilə bağlı məsələnin də ağsaqqala heç bir aidiyyatı yoxdur. İqbal Məmmədovun qardaşı oğlu Orxan Nərimanlının da ona bağlılığı yoxdur. Axmaq-axmaq danışırsız. 8 aydır “Lerik Broyler” işləmir. Siz şirkətin niyə işləməməsi barədə maraqlanın”.

AzPost.az

Post navigation

Previous: OMİD Mağazalar Şəbəkəsi borca düşüb
Next: “Nə statistika var, nə audit”

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.