YPX əməkdaşları kənar dairəvi yolda, hərəkətin intensiv olduğu istiqamətdə yolu təhlükəli yerdən keçən Fərid adlı azyaşlı uşaq aşkarlayıblar.
AzPost bildirir ki, bu barədə DİN mətbuat xidməti məlumat yayıb.
Uşağı tanıyan şəxslərdən xahiş olunur ki, onun ailə üzvlərinin tapılmasına köməklik göstərsinlər.
Hazırda uşaq ekoloji nəzarət postundadır, onunla polis əməkdaşları məşğul olur.
**
Həyata keçirilən operativ tədbirlər nəticəsində Bakıda küçədə tapılan uşağın valideynləri müəyyən edilərək onlarla əlaqə saxlanılıb.
Bu barədə DİN-in Mətbuat xidmətinin rəhbəri Elşad Hacıyev məlumat yayıb.
“Azyaşlının atası ekoloji nəzarət postuna dəvət olunub”, məlumatda deyilir.