Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Kral III Çarlz şahzadə Uilyamın evinin yaxınlığında iri çuxur qazdırdı

Orkhan Ali 30 Yanvar 2026 - 14:32 (Last updated: 30 Yanvar 2026 - 14:33)
kral carlz muraciet

İngiltərə kralı III Çarlz Sandrinqem kral mülkündə iri həcmli gübrə çuxurunun tikintisi üçün rəsmi icazə alıb.
AzPost xəbər verir ki, bu təsərrüfat obyekti şahzadə Uilyam və Ketrin Middltonun Anmer-Holl adlanan kənd iqamətgahından cəmi bir neçə yüz metr aralıda yerləşəcək.

Məlumata görə, çuxur üzvi gübrələrin saxlanması üçün nəzərdə tutulub və ölçüsünə görə dörd olimpiya üzgüçülük hovuzu ilə müqayisə olunur. Layihə Sandrinqem mülkünün üzvi əkinçilik sisteminə keçidi çərçivəsində həyata keçirilir. Kral III Çarlz uzun illərdir ekoloji təmiz kənd təsərrüfatının tərəfdarı kimi tanınır və bu addımı da həmin siyasətin tərkib hissəsi hesab edir.

Yerli icra orqanları layihəni qanuni və kənd təsərrüfatı baxımından əsaslandırılmış sayıb. Planlaşdırma üzrə mütəxəssis Lusi Smitin hesabatında qeyd olunub ki, qoxu amili ilə bağlı ümumi narahatlığın hüquqi qiymətləndirilməsi üçün mexanizm mövcud deyil. Həmçinin vurğulanıb ki, obyektin ətrafı əkin sahələri ilə əhatələndiyindən turizmə mümkün mənfi təsir minimumdur.

Buna baxmayaraq, Flitçem kəndinin sakinləri layihəyə etiraz ediblər. Onlar kəskin qoxu, milçəklərin artması, su ehtiyatlarının çirklənməsi və məktəb yaşlı uşaqların, eləcə də yaşlı insanların sağlamlığı üçün risklərdən narahat olduqlarını bildiriblər. Sakinləri həmçinin iri nəqliyyat vasitələrinin dar kənd yollarında hərəkətinin artması da qayğılandırır.

Bildirilir ki, çuxurda on min kubmetrə qədər üzvi gübrə saxlanılacaq və bu gübrə qoyun və iri buynuzlu mal-qaradan əldə olunacaq. Sözügedən gübrələr buğda, arpa, lobya və yulaf əkilən minlərlə hektar sahədə istifadə ediləcək. Bu isə kimyəvi gübrələrdən asılılığın azalmasına xidmət edəcək.

AzPost.az

Post navigation

Previous: “Nar” və Dövlət Məşğulluq Agentliyi Anlaşma Memorandumu imzaladı
Next: TƏCİLİ: Polis yolda azayaşlı uşağı tapıb

Oxşar xəbərlər

britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
putin uitkof
  • Dünya

Putin ABŞ-dan Avropaya təsir göstərməyi istədi – “Sülh, yoxsa müharibə?”

User 12 Noyabr 2026 - 20:16
rus ordu seferberlik
  • Dünya

Rusiyanın Ukraynada itkiləri 230 minə çata bilər – Məxfi məlumatlar üzə çıxdı

User 12 Noyabr 2026 - 19:57

xƏBƏR

azeri britani
  • Baş Yazı

Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı

User 12 Noyabr 2026 - 23:26
Azərbaycan Respublikası və Birləşmiş Krallıq arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bəyannaməni Azərbaycan Prezidenti İlham Əliyev və...
Read more about Azərbaycan və Britaniya Strateji Tərəfdaşlıq haqqında Bəyannamə imzaladı
Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü? nvida sedr
  • Sosial

Nvidia-nın dəyəri bir gündə 515 milyard dollar azaldı – Səhmlər niyə çökdü?

User 12 Noyabr 2026 - 23:19
İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.