“Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanov həbs olunub

Sumqayıt Şəhər Məhkəməsində “Qurtuluş” Reabilitasiya Mərkəzinin rəhbəri Ceyhun Salmanovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
Məhkəmənin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar Sumqayıt Şəhər Prokurorluğunda mərkəzlə bağlı daxil olan şikayətlər əsasında aparılıb və qanunsuz faktlar aşkarlanıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci və 145-ci maddələri ilə cinayət işi başlanılıb, mərkəzin rəhbəri ilə yanaşı Elşad Məhərrəmov və Natiq Əliyev də saxlanılıb.
Qeyd edək ki, sözügedən mərkəzin adı son vaxtlar daha çox orada müalicə olunan və sonradan mərkəzi tərk edən Əməkdar jurnalist Nəsimi Nəbizadə ilə bağlı hallanıb..

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.