Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Dörd saat dənizdə üzdü, iki kilometr qaçdı

Orkhan Ali 03 Fevral 2026 - 11:06 (Last updated: 03 Fevral 2026 - 10:49)
168130579843351105_1200x630

Avstraliyanın cənub-qərbində baş verən hadisə böyük rezonans doğurub. 13 yaşlı yeniyetmə anasını və iki azyaşlı bacı-qardaşını xilas etmək üçün həyatını riskə ataraq saatlarla dənizdə üzüb, daha sonra isə kömək çağırmaq üçün quru ilə kilometrlərlə qaçıb.

AzPost xəbər verir ki, hadisə Qərbi Avstraliyanın Kwindalup bölgəsində, Pert şəhərindən təxminən 200 kilometr cənubda yerləşən sahil ərazisində baş verib. Yanvarın 30-da günorta saatlarında güclü külək ailənin istifadə etdiyi şişmə sörf lövhələrini və kayak qayığını açıq dənizə sürükləyib. Ana və iki azyaşlı uşaq dənizdə köməksiz vəziyyətdə qalıb.

Hadisəni anlayan 13 yaşlı oğlan gecə düşmək üzrə olan vaxtda təkbaşına sahilə doğru üzməyə başlayıb. Güclü dalğalara və yorğunluğa baxmayaraq, o, təxminən dörd saat fasiləsiz üzüb və sahilə çıxmağı bacarıb. Bununla da təhlükə bitməyib. Yeniyetmə ən yaxın telefon nöqtəsinə çatmaq üçün iki kilometr məsafəni qaçaraq qət edib və təcili yardım xidmətlərinə xəbər verib.

Məlumat daxil olduqdan sonra Qərbi Avstraliyanın su polisi, könüllü dəniz xilasediciləri və xilasedici helikopterin iştirakı ilə genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı başlanıb. Bir neçə saat davam edən axtarışlardan sonra helikopter ana və iki uşağı dənizdə sörf lövhəsindən yapışmış vəziyyətdə aşkarlayıb.

47 yaşlı qadın, 12 yaşlı oğlan və 8 yaşlı qız sağlam şəkildə sahilə çıxarılıb. Yerli xilasedicilər ailənin soyuq və fiziki tükənmə həddində olduğunu, lakin vəziyyətlərinin stabil qiymətləndirildiyini bildiriblər.

Hadisə Avstraliya ictimaiyyətində böyük rəğbətlə qarşılanıb. Sosial şəbəkələrdə 13 yaşlı yeniyetmənin cəsarəti və soyuqqanlı davranışı “əsl qəhrəmanlıq nümunəsi” kimi dəyərləndirilib.

AzPost.az

Post navigation

Previous: Hindistan ABŞ-la ticarət sazişindən sonra bunu hədəfləyir
Next: Günəş Yer üçün “xoşagəlməz sürpriz” hazırlayır

Oxşar xəbərlər

badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
amazonka tayfa
  • Maraqlı

Meşədə insanlardan gizli yaşayan qəbilə kömək istədi – Səbəb nədir?

User 18 Noyabr 2026 - 15:26
sehra qum
  • Maraqlı

Qum təpələrinin sirri açıldı – Marsın və Yerin keçmiş iqlimi araşdırılır

User 18 Noyabr 2026 - 10:31

xƏBƏR

ceyhun hakan fidan
  • Siyasət

Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı

User 18 Noyabr 2026 - 23:46
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla türkiyəli həmkarı Hakan Fidan arasında telefon danışığı baş tutub. “Hürriyet” qəzetinin...
Read more about Ceyhun Bayramov Hakan Fidanla telefonla danışdı
Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək rus gurcu
  • Dünya

Gürcüstan və Rusiya rəsmiləri sabah ilk dəfə görüşəcək

User 18 Noyabr 2026 - 23:41
Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı pasinyan qurultay
  • Dünya

Paşinyan Azərbaycanla sülh sazişindən sonra istefa verəcəyini açıqladı

User 18 Noyabr 2026 - 23:06
Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı badam
  • Maraqlı

Arıqlamaq istəyənlər üçün ən faydalı çərəz açıqlandı

User 18 Noyabr 2026 - 22:47
Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır ekrem im
  • Dünya

Əkrəm İmamoğluna 2 il 1 ay həbs cəzası verildi – Siyasi hüquqları məhdudlaşdırılır

User 18 Noyabr 2026 - 22:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.