Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

İlon Mask Günəş enerjisi ilə işləyən peyk hazırlamaq istəyir

Orkhan Ali 03 Fevral 2026 - 12:16 (Last updated: 03 Fevral 2026 - 12:08)
mask viki

Amerikalı milyarder İlon Mask kosmos və süni intellekt sahələrini birləşdirən yeni strateji addım atıb. Onun aerokosmik şirkəti SpaceX, süni intellekt texnologiyaları üzərində çalışan xAI şirkətini satın alaraq birləşmə həyata keçirib.

AzPost xəbər verir ki, bu addım Maskın süni intellektin inkişafı üçün kosmosda günəş enerjisi ilə işləyən peyklər və məlumat mərkəzləri yaratmaq planlarının tərkib hissəsi kimi qiymətləndirilir. Razılaşma SpaceX-in rəsmi saytında yayımlanan açıqlama ilə təsdiqlənib.

Bildirilib ki, sözügedən birləşmə “Yer üzündə və onun hüdudlarından kənarda süni intellekt, raket texnologiyaları, kosmik internet, mobil cihazlarla birbaşa əlaqə və qabaqcıl texnologiyaları özündə birləşdirən ən iddialı vertikal inteqrasiya olunmuş innovasiya mexanizmi”nin formalaşmasına xidmət edəcək.

“The Guardian” nəşrinin yazdığına görə, SpaceX bu razılaşma ilə xAI-yə məxsus Grok çat-botu və X sosial platforması da daxil olmaqla bir sıra əsas texnoloji aktivləri əldə edib. Birləşmə, eyni zamanda, SpaceX-in bu ilin sonuna doğru planlaşdırılan açıq səhmlər təklifi (IPO) ərəfəsində həyata keçirilib. Şirkətin bazar dəyərinin 1 trilyon dollardan çox ola biləcəyi ehtimal edilir.

Açıqlamada Maskın kosmosda məlumat mərkəzləri qurmaq planları xüsusi vurğulanıb. Bildirilib ki, müasir süni intellekt sistemləri Yer üzündə yerləşən böyük data mərkəzlərindən və yüksək enerji istehlakından asılıdır. Bu isə həm enerji çatışmazlığı, həm də ekoloji problemlər yaradır.

“Qlobal miqyasda süni intellekt üçün tələb olunan elektrik enerjisi yaxın perspektivdə yalnız yerüstü həllərlə qarşılanması mümkün olmayan səviyyəyə çatıb. Uzunmüddətli baxımdan kosmosda yerləşdirilən süni intellekt infrastrukturu yeganə real miqyaslama yoludur”, – deyə açıqlamada qeyd olunub.

Son aylarda İlon Mask biznes imperiyasını daha sıx inteqrasiya etmək istiqamətində ardıcıl addımlar atır. Xatırladaq ki, 2025-ci ilin əvvəlində xAI, X platformasını səhmlər qarşılığında satın almışdı. Bundan əlavə, ötən ay Tesla şirkəti xAI-yə 2 milyard dollar sərmayə yatıracağını açıqlayıb.

Mediaya görə, həm SpaceX, həm də xAI son bir il ərzində rekord dərəcədə yüksək qiymətləndirmə əldə edib. SpaceX ABŞ hökuməti ilə genişmiqyaslı müqavilələr bağlamaqda davam edir və 2025-ci ilin sonunda investorlar üçün göndərilən məktubda şirkətin dəyərinin 800 milyard dollar səviyyəsində qiymətləndirildiyi bildirilib.

Qeyd edək ki, xAI şirkətinin hazırladığı Grok süni intellekt aləti ilə bağlı irəli sürülən irqi ayrı-seçkilik və etik pozuntularla bağlı tənqidlərə baxmayaraq, şirkətin bazar dəyəri süni intellekt bumunun təsiri ilə artmaqda davam edir.

Razılaşma ilə bağlı şayiələr ilk dəfə Reuters agentliyi tərəfindən yayılıb. İlon Mask isə sosial şəbəkə X üzərindən bu xəbərlərə “bəli” cavabı verərək dolayısı ilə məlumatı təsdiqləyib.

AzPost.az

Post navigation

Previous: ABŞın sabiq prezidenti Bill Klinton Epşteynlə bağlı istintaqa ifadə verəcək
Next: Məşhur aktyor Tom Kruz Londondakı mənzilindən qaçıb

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.