“Kontakt Home” müştərinin problemini niyə həll etmir?

KontaktHome
KontaktHome

Məişət texnikası və elektronika satışı ilə məşğul olan “Kontakt Home” mağazalar şəbəkəsi ilə bağlı daha bir müştəri narazılığı gündəmə gəlib.

AzPost xəbər verir ki, vətəndaş Taleh Eyyubov sosial şəbəkədə etdiyi paylaşımda şirkət tərəfindən ona yanlış çağırış və ödənilməmiş borc iddiası ilə bağlı əsassız narahatlıq yaradıldığını bildirib. Müştərinin sözlərinə görə, məsələ ilə bağlı dəfələrlə izahat verilsə də, problem yalnız ictimailəşdirildikdən sonra diqqətə alınıb.

“Kontakt Home” rəsmi səhifəsi isə şərhində bildirib ki, müştəri ilə şifahi əlaqə saxlanılıb, müsbət rəy təqdim edilib və əvvəllər ödənilməmiş kimi göstərilən yanlış çağırış məbləği sistemdən çıxarılıb. Şirkət həmçinin problemin aradan qaldırıldığını və müştəri məmnuniyyətinin onlar üçün önəmli olduğunu qeyd edib.

Lakin Taleh Eyyubov cavabında narazılığının davam etdiyini vurğulayıb. O, yenidən yanlış çağırış və ödənilməmiş məbləğ iddiaları ilə üzləşdiyini, təklif edilən kupondan imtina etdiyini və artıq həmin şirkətdən alış etməyəcəyini bildirib.

Müzakirələrə qoşulan digər istifadəçilər də “Kontakt Home”un yalnız məsələ sosial mediada yayıldıqdan sonra reaksiya verdiyini iddia ediblər. Taleh Eyyubov isə əlavə olaraq qeyd edib ki, indiyə qədər şirkətdən 10 min manatdan artıq alış-veriş edib və ödənişlərlə bağlı heç vaxt gecikməsi olmayıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.