Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Araik və onun guruhu üçün “Nurenberq prosesi” –

User 05 Fevral 2026 - 16:25
araik mehkeme qerar
Qarabağdakı dağıdılmış separatçı guruhun başçılarına Bakıda bu gün hökm oxundu.
Onların məhkəməsi həm də Azərbaycan tarixinin 35 illik səhifəsini bağladı.
“Allah baisin evini yıxsın!”
Belə bir qarğışı var bizim xalqın…
Sıra ilə düzülüb hakimin hökmlü səsi ilə ayağa qalxıb boğuq, ölgün səslə bir-bir adlarını deyən, barəsində kəsilmiş hökmü dinləyən bu başkəsənlər son 35 ildə Azərbaycan xalqının yaşadığı ağır, qanlı günlərinin səbəbkarlarıdır.
Bizə “Ağla, qərənfil ağla” oxutduran, Xocalıda bizi tikə-tikə edən, Şuşada kabab çəkib hırıldaya-hırıldaya rəqs edənlərdir.
Kiplinqin “Mauqli”sindəki Tabakiləridir.
Bu əclaf yığınına görə, Azərbaycan xalqı 35 ildə 50 min şəhid verdi, milyonlarla adam yerindən-yurdundan didərgin düşdü…
Ölkənin, adamların düzəni pozuldu.
Bunların əli ilə Qarabağ eli dağıldı.
Bunların əli ilə ölkəmiz az qala parça-parça olacaqdı.
Bunlara görə, qardaş qırğınına tuş gəldik…
İndi şüşə arxasında oturub gözlərində dəhşət bizə baxırlar…
Onları necə bağışlamaq olar?
Bu şərəfsiz idbarların miras qoyduğu qara tarixin səhifələrindən onların süzülən qanlı izləri qalır.
Bu azğınların ideoloji babaları – Ter-Petrosyan, Robert Koçaryan, Serj Sarkisyan, Zori Balayan, Aqanbekyan sağdırlar.
Onların da bu cərgədə duracağı gün olacaq.
…İndi dönüb geriyə baxanda nakam getmiş yüz minlərlə insanın qüssəli hekayələri, məhv olmuş talelər, Şəhid olmuş laydivar oğulların kədərli gözləri sənə baxır.
Təsəlli olan odur ki, bu idbarlar layiqli cəzalarını almaq üçün əlibağlı Azərbaycan xalqının qarşısında durdular.
Həmin günün Şahidləri olmaq gözəl hissdir.
Qalib komandan, Qəhrəman Ordu və Əziz Şəhidlərimiz bu hissi bizə bəxş edənlər oldu.
Bakıda keçirilmiş “Nürenberq prosesi” Azərbaycana düşmən kəsilənlərə bir ibrət olmalıdır.
Xaqani SƏFƏROĞLU

AzPost.az

Post navigation

Previous: İran Şahın ABŞ-dan aldığı “Kobra”lardan imtina etdi –
Next: Kahramanmaraşda “Azərbaycan məhəlləsi”nin tikintisi tamamlanıb

Oxşar xəbərlər

sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
ilham aqdam01
  • Sosial

İlham Əliyev Ağdam Mərkəzi Xəstəxanasının tikintisi ilə tanış olub

User 07 Noyabr 2026 - 13:11
ramiz
  • Sosial

AMEA-dan İsa Həbibbəylinin Ramiz Mehdiyevlə bağlı iddialara adının salınmasına cavab

User 07 Noyabr 2026 - 10:47

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.