DTX  YAP-ın Neftçala rayon təşkilatının sədrini saxlayıb

Dünən Dövlət Təhlükəsizliyi Xidmətinin Neftçala rayonunda keçirdiyi kompleks əməliyyat tədbirləri nəticəsində saxlanılan vəzifəli şəxslərdən daha bir neçəsinin adı məlum olub.

Azpost.info  qafqazinfo-ya istinadən xəbər verir ki, saxlanılanlar arasında Yeni Azərbaycan Partiyasının Neftçala rayon təşkilatının sədri, İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Cəfərov Anar Cəfər oğlu da var.

Unikal.org-un yaydığı məlumata görə isə saxlanılanlar arasında eyni zamanda icra başçısı İsmayıl Vəliyevlə yanaşı, onun birinci müavini Vurğun Əkbərov və Neftçala rayon Təhsil Şöbəsinin müdiri Kərimov Əjdər Abasət oğlu da var.

Xatırladaq ki, rəsmi olmayan digər məlumata görə, dünənki əməliyyat nəticəsində Neftçala Mərkəzi Rayon Xəstəxanasının baş həkimi Telman Zahidov tutulub.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir