Gürcüstanın keçmiş parlament binası satışa çıxarılır- Baş nazirdən açıqlama

Gürcüstanın baş naziri Giorgi Qaxaria Kutaisidəki keçmiş parlament binasının satışının planlaşdırdığını təsdiqləyib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Baş nazir jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, keçmiş parlament binasının təhsil mərkəzinə çevrilməsi nəzərdə tutulub.

“Kutaisidə parlamentin binasını satışa çıxarılacaq. Bu proses İqtisadiyyat Nazirliyi tərəfindən başlanılıb. Kutaisidəki keçmiş parlament binası şəhər üçün çox böyük bir təhsil mərkəzi olacaq. Bu, iqtisadi baxımdan cəlbedici layihədir”, – deyə G. Qaxariya bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakının ictimai nəqliyyatında gedişi telefonun balansından ödəmək mümkün olacaq

Sonrakı məqalə

DTX  YAP-ın Neftçala rayon təşkilatının sədrini saxlayıb