Aviaşirkətlərin itkiləri 29 mlrd. dollardan çox ola bilər- Koronavirusa görə

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA)  koronavirus səbəbindən qlobal aviadaşımalara tələbatın 2009-cu ildən bəri ilk dəfə azalacağını və nəticədə aviaşirkətlərin 29 mlrd. ABŞ dollarından çox itirəcəyini bildirib.

APA-Economics”in CNBC-yə istinadən verdiyi məlumata görə, IATA itkilərin əsasən Asiya-Sakit okean bölgəsində cəmləşəcəyini gözləyir. Təkcə Çin Hava Yolları epidemiya səbəbindən 12,8 mlrd. dollar itirəcəyini bildirən assosiasiya, 2020-ci ildə aviadaşımalara tələbatın 4,1% artacağını proqnozlaşdırıb. Hazırda proqnoz 0,6% azalma həddinə endirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

DTX  YAP-ın Neftçala rayon təşkilatının sədrini saxlayıb

Sonrakı məqalə

MSK-nın iclası başladı