Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Aktual

Baku Electronics müştərini çıxılmaz vəziyyətdə qoyub

Orkhan Ali 10 Fevral 2026 - 10:50 (Last updated: 10 Fevral 2026 - 10:50)
Baku electronics

Baku electronics

Baku Electronics-in onlayn satış xidməti ilə bağlı daha bir narazılıq gündəmə gəlib. AzPost xəbər verir ki, sosial şəbəkə istifadəçisi Leyla Abadova bildirib ki, şirkətdən onlayn sifarişlə aldığı Yoshiro markalı termopot ilk yoxlama zamanı nasaz çıxıb.

İstifadəçinin sözlərinə görə, məhsul çatdırıldıqdan sonra yoxlanılıb və məlum olub ki, termopotun suyu süzmə düyməsi işləmir, ehtimal ki, nasosda problem var. Bununla bağlı müştəri xidmətinə müraciət edilsə də, ona israrla mağazaya yaxınlaşması tövsiyə olunub.

Lakin mağazaya gedən zaman vəziyyət daha da mürəkkəbləşib. Məlum olub ki, müştəri düzgün istiqamətləndirilməyib və nəticədə ona bildirilib ki, məhsulu artıq “istifadə etdiyi” üçün geri qaytarmaq mümkün deyil. Baku Electronics əməkdaşları termopotun içinə su tökülməsini əsas gətirərək, müştərini servislə əlaqə saxlamağa yönləndiriblər.

Narazı müştəri isə haqlı sual qoyur:
“Çayniki və ya termopotu su tökmədən necə yoxlamaq olar? İçinə su tökməsəydim, suyu süzmədiyini haradan biləcəkdim?”

Leyla Abadova qeyd edir ki, Baku Electronics-in daimi müştərisi olsa da, bu yanaşma onu ciddi şəkildə məyus edib. O, nə məhsuldan, nə də müştəri xidmətlərinin davranışından razı qaldığını bildirərək, sözügedən termopotları heç kimə tövsiyə etmədiyini vurğulayıb.

Qeyd edək ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, istehlakçı məhsulu yalnız funksional vəziyyətini yoxlamaq məqsədilə istifadə etdikdə bu, “istifadə olunmuş məhsul” sayılmır. Qanunvericiliyə görə, istehsal qüsuru olan məhsulun dəyişdirilməsi və ya geri qaytarılması satıcının birbaşa öhdəliyidir.

Məsələ ilə bağlı Baku Electronics-in mövqeyini öyrənmək mümkün olmayıb.

AzPost.az

Post navigation

Previous: Rusiyanın Krasnodar bölgəsində 4.8 bal gücündə zəlzələ olub
Next: “Rusiya olmadan TRİPP dəhlizi həll oluna bilməz” –

Oxşar xəbərlər

ramiz
  • Aktual

Ramiz Mehdiyev Yeni Azərbaycan Partiyasından çıxarıldı

User 16 Oktyabr 2026 - 17:12
vuqar zif
  • Aktual

Mətbuat Şurasının yeni sədri seçilib

User 16 Oktyabr 2026 - 12:18
milli meclis
  • Aktual

Milli Məclis təxribatlarla bağlı bəyanat yaydı –

User 16 Oktyabr 2026 - 09:18

xƏBƏR

aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
Azərbaycan teatr və kino sənətinə ağır itki üz verib. Əməkdar mədəniyyət işçisi, tanınmış aktyor Aslan Fətullayev 70...
Read more about Tanınmış aktyor Aslan Fətullayev vəfat edib
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü ermeni hebs oldu
  • Dünya

Ermənistanda bələdiyyə sədrliyinə namizəd həbsxanada öldü

User 10 Noyabr 2026 - 13:46
Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO bina sokuntu
  • Sosial

Ekskavatorla dövlət binasını dağıtdı – “Qazandığım pulu qaytarın!” / VİDEO

User 10 Noyabr 2026 - 13:35
Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL issizlik
  • Baş Yazı

Diplomlu gənclər niyə iş tapa bilmir? – Diplom var, iş yoxdur / TƏHLİL

User 10 Noyabr 2026 - 13:24
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.