Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Kamran Əsədov məhkəmədən ev dustaqlığına buraxılmasını xahiş edib

User 12 Fevral 2026 - 18:58 (Last updated: 12 Fevral 2026 - 18:58)
kamran esedov

Buraxılış və qəbul imtahanlarına qanunsuz texniki vasitə keçirilməsi ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Gəncə Şəhər Məhkəməsində hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Kamran Əsədov məhkəməyə yazılı formada vəsatət verib.

Kamran Əsədov məhkəmədən səhhətində problem olduğunu, həyat yoldaşının şəkərli diabetdən əziyyət çəkdiyini, himayəsində üç azyaşlı övladı olduğunu nəzərə alaraq, ev dustaqlığına buraxılmasını xahiş edib.

Daha sonra digər təqsirləndirilən Gündüz Abbasov da ev dustaqlığı ilə bağlı vəsatət verib.

Dövlət ittihamçısı hər iki vəsatətin təmin edilməməsini istəyib.

Vəsatətlər təmin edilməyib.

Daha sonra şahidlər ifadə verib.

İş üzrə şahid qismində tanınan Şəfəq Əzizova bildirib ki, oğlunun gözləri zəif gördüyü üçün imtahana yaxşı hazırlaşa bilməyib: “Bunu ailəvi dostumuz Fuada dedim. O da mənə Kamran müəllimin nömrəsini verdi. Kamran müəllimin ofisinə getdim. Məni Gündüzün yanına göndərdi. Gündüz mənə aparatlar verdi. Həmin aparatları sonra Kamrana qaytardım. Mənə dəymiş ziyan ödənilib”.

Digər şahid Fuad Qurbanov bildirib ki, Şəfəq xanım ona oğlunun imtahanı yaxşı vermədiyini bildirib: “Kamran Əsədovu tanıyırdım. Kamrana dedim ki, tanışıma hazırlıq müəllimi lazımdır. Bir gün Şəfəq xanım mənə zəng edib dedi ki, Kamran məni Gəncəyə yönləndirib və avadanlıqlar verib. Dedim ki, istəyirsizsə götürməyin. Pulun verilməsində mənim iştirakım olmayıb. Məndə olan məlumata görə, 15 min manat verilib. Amma nə puli, nədə cihazları görmüşəm”.

İş üzrə şahid qismində tanınan Sevinc Ağcıyeva ifadəsində Gündüz Abbasovu tanıdığını bildirib:

“Qızım imtahana onların verdiyi cihazla girmişdi. Lakin cihaz işləməmişdi. Biz imtahanın səhəri cihazı qaytardıq. Məndən 3 min manat istəmişdilər. Dedilər ki, imtahandan sonra verərsiniz, amma cihaz işləmədiyi üçün pul vermədim”.

Şahid qismində ifadə verən tələbə M.Ağcıyeva isə bildirib ki, imtahana cihazla girsə də, cihazda problem olub: “Atam məni imtahana apardı. İmtahan başladı, amma səs gəlmədi. Cihazdan ancaq xışıltı səsi gəlirdi”.

Proses fevralın 19-da davam etdirələcək.

Xatırladaq ki, Kamran Əsədov ötən prosesdə məhkəmə zalında həbs olunub.

Qeyd edək ki, Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib ki, ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmiş şəxslərə imtahan qaydalarına zidd olaraq köməklik göstərilməsinə dair Dövlət İmtahan Mərkəzindən Dövlət Təhlükəsizliyi Xidmətinə daxil olmuş məlumatlar əsasında başlanmış cinayət işinin ibtidai istintaqı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində davam etdirilib.

İbtidai istintaqla fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Abbasov Gündüz Yaşar oğlunun təşkil etdiyi hazırlıq kursunun abituriyent və şagirdlərinə ali məktəblərə qəbul və buraxılış imtahanlarının gedişində testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, habelə Əsədov Kamran Alim oğlu ilə cinayət əlaqəsinə girməklə 3 nəfər və şəxsən 8 nəfər olmaqla, ümumilikdə 11 nəfərin üzərinə həmin texniki vasitələri quraşdırmaqla onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib.

Bundan başqa, Sumqayıt şəhəri ərazisində Hüseynov Sənan Rasim oğlunun xüsusi icazə almadan müvafiq normativ-hüquqi aktların tələblərinə zidd olaraq, gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş və mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən 31 ədəd texniki vasitənin satışını həyata keçirməsinə əsaslı şübhələr müəyyən olunub.

Toplanmış sübutlara əsasən, Gündüz Abbasova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), Kamran Əsədova həmin Məcəllənin 302.3 və 32.5, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmədə köməkçilik), Sənan Hüseynova isə həmin Məcəllənin 302.3-cü maddələri ilə ittiham elan edilib, Gündüz Abbasov barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, digər şəxslərin barəsində isə istintaq orqanının qərarı ilə həbslə bağlı olmayan qətimkan tədbirləri seçilib.

Cinayət işləri üzrə ibtidai istintaq tamamlanmaqla baxılması üçün aidiyyəti üzrə məhkəmələrə göndərilib.

Qeyd edilib ki, Kamran Əsədov əvvəllər də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4 və 310-cu maddələri ilə cinayət məsuliyyətinə olunaraq məhkəməyə verilib və məhkəmənin 18.02.2015-ci il tarixli hökmü ilə cərimə (əlavə) və qazancının 15%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri (əsas) cəzasına məhkum edilib.

AzPost.az

Post navigation

Previous: İsmayıllıda zəlzələ olub
Next: HƏMAS fələstinli zabitin Qəzzada rəhbər təyin edilməsinə etiraz edib

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi

User 10 Noyabr 2026 - 20:02
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə BMT-nin İqlim Dəyişmələri üzrə...
Read more about Prezident İlham Əliyev Türkiyəyə səfərə getdi
İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi? pasinyan iran vitse prez
  • Dünya

İran Ermənistana qaz ixrac edə bilər – Tehran hansı mesajı verdi?

User 10 Noyabr 2026 - 18:39
Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb photo_5445373109872566965_y
  • Dünya

Rusiya, ABŞ və Ukrayna arasında danışıqlar başa çatıb

User 10 Noyabr 2026 - 18:02
Tanınmış aktyor Aslan Fətullayev vəfat edib aslan01
  • Mədəniyyət

Tanınmış aktyor Aslan Fətullayev vəfat edib

User 10 Noyabr 2026 - 15:21
ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi? photo_5445373109872566965_y
  • Dünya

ABŞ Ukraynanın ərazi bütövlüyünü müdafiə etdi – Uitkoff Əbu-Dabidə nə dedi?

User 10 Noyabr 2026 - 15:14
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.