Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Yeni qanun: Vətəndaş “satmıram” deyə bilməyəcək (ŞƏRH)

Orkhan Ali 13 Fevral 2026 - 19:32 (Last updated: 13 Fevral 2026 - 20:34)
1
“Yeni qanunda dəyişən odur ki, vətəndaş ona məxsus torpağı ayağını dirəyib “satmıram” deyə bilməz“.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna edilən yeni dəyişikliklə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, dəyişiklikdən sonra dövlət yeni aeroport, aerodrom tikmək və ya mövcud hava və dəniz limanını genişləndirmək istəyəndə həmin əraziyə düşən torpaqları vətəndaşdan və ya bələdiyyədən ala biləcək:
“Yəni, bu cür layihələr artıq rəsmi olaraq “dövlət ehtiyacı” sayılacaq və torpağın alınması üçün hüquqi əsas yaranacaq. İndiyə qədər qanunda bu məqsədlər açıq şəkildə göstərilmədiyi üçün torpaqların alınması prosesində hüquqi və praktiki çətinliklər yaranırdı. Yeni dəyişiklik həmin prosesi daha sürətli və hüquqi baxımdan aydın edir”.
Torpağı alınan sakinlərə kompensasiyanın verilməsinə gəlincə, Akif Nəsirli bildirib ki, qüvvədə olan qanunvericiliyə görə, dövlət ehtiyacları üçün alınan torpaqlara görə mülkiyyətçiyə ödəniş edilməlidir:
“Yəni, torpaq sahibləri kompensasiyasız torpaqdan məhrum edilə bilməz. Onlara torpağın bazar dəyərinə uyğun pul ödənilməsi  və ya bəzi hallarda alternativ əmlak təklif olunması nəzərdə tutulur”.
Ekspert əlavə edib  ki, yeni dəyişiklik kompensasiyanı ləğv etmir:
“Sadəcə olaraq aeroport və liman layihələrini də torpağın dövlət ehtiyacları üçün alınacağı hallar siyahısına əlavə edir. Burada dəyişən odur ki,  vətəndaş ayağını dirəyib “satmıram” deyə bilməz, başqa heç nə dəyişmir. Hətta hökumət bazar qiymətindən aşağı kompensasiya təklif edirsə, mülkiyyətçi buna əsaslı etiraz edə və kompensasiyanı artırmağı tələb edə bilər”.
Qeyd edək ki, Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanuna dəyişiklik edilib. Yeni aeroport və  aerodromların tikintisi, dəniz limanının ərazisinin artırılması zamanı torpaqların dövlət ehtiyacları üçün alınması mümkün olacaq.

AzPost.az

Post navigation

Previous: AMEA Ramiz Mehdiyevi akademiyanın həqiqi üzvlüyündən xaric edəcək
Next: MAQATE Tehranla dialoqu bərpa edib

Oxşar xəbərlər

sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19
turk xin
  • Gündəm

Türkiyə Azərbaycanı Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib

User 18 Oktyabr 2026 - 12:23

xƏBƏR

yol yaqis
  • Sosial

Bakıda noyabrın 9-na qədər yağış yağacaq – temperatur 10 dərəcəyədək enəcək

User 04 Noyabr 2026 - 14:43
Bakıda və Abşeron yarımadasında noyabrın 5-i axşamdan 9-u axşamadək fasilələrlə yağış yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya...
Read more about Bakıda noyabrın 9-na qədər yağış yağacaq – temperatur 10 dərəcəyədək enəcək
“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da! 800x500
  • Sosial

“Trendyol”da noyabr endirimləri: Bu noyabr da hər kəs “Trendyol”da!

User 04 Noyabr 2026 - 14:26
Trampın “cihadçı” adlandırdığı namizəd senator seçildi – ABŞ-da İlk müsəlman senator olacaq senator sayed
  • Dünya

Trampın “cihadçı” adlandırdığı namizəd senator seçildi – ABŞ-da İlk müsəlman senator olacaq

User 04 Noyabr 2026 - 13:56
Restoran açmaq asandır, bəs onu gəlirli saxlamaq niyə çətindir? restoran
  • İqtisadiyyat

Restoran açmaq asandır, bəs onu gəlirli saxlamaq niyə çətindir?

User 04 Noyabr 2026 - 13:36
Google-dan məktəblərə şərt – Süni intellektə “yox” deyənlər axtarış edə bilməyəcək sagird suni intellekt mekteb
  • Sosial

Google-dan məktəblərə şərt – Süni intellektə “yox” deyənlər axtarış edə bilməyəcək

User 04 Noyabr 2026 - 13:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.