Həkim öd durğunluğu ilə mübarizə yollarından danışıb

Ödün durğunluğu sağlamlıq üçün ciddi risklər yarada bilər. AzPost aif.ru saytına istinadla xəbər verir ki, həkim-reabilitoloq, tibb elmləri namizədi Mariya Konovalova öd durğunluğunun ateroskleroz, insult və hətta şiş xəstəliklərinin inkişafına səbəb ola biləcəyini bildirib.

Həkimin sözlərinə görə, öd orqanizmdə bir neçə vacib funksiyanı yerinə yetirir. O, yağların mənimsənilməsini tənzimləyir, enerji mübadiləsində iştirak edir, həmçinin bağırsaqları parazitlərdən qorumağa kömək edir. Ödün normal axını pozulduqda hüceyrələrin bərpası və maddələr mübadiləsi zəifləyə bilər.

Mariya Konovalova öd durğunluğunun qarşısını almaq üçün gündəlik fiziki aktivliyin, yüngül hərəkətlərin və bədənin rahatlamasına kömək edən məşqlərin vacib olduğunu vurğulayıb. O qeyd edib ki, boyun və bel nahiyəsi üçün gimnastika, eləcə də düzgün nəfəs texnikaları öd kisəsinin fəaliyyətinə müsbət təsir göstərə bilər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.