Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakıda ən baha və ən ucuz kirayə mənzillər hansı ərazilərdədir?

User 21 Fevral 2026 - 13:30 (Last updated: 21 Fevral 2026 - 12:01)
menzil

Əmlak bazarında müşahidə olunan bahalaşma kirayə mənzil sektorundan da yan keçməyib. Son aylarda kirayə qiymətlərində orta hesabla 8 faizə qədər artım qeydə alınıb. Bahalaşma xüsusilə şəhərin mərkəzinə yaxın ərazilərdə daha qabarıq hiss olunur.

Mövzu ilə bağlı XəzərXəbər-ə danışan realtor Telman Hüseynovun sözlərinə görə, kirayə qiymətlərinə təsir edən əsas amillər mənzilin yerləşdiyi ərazi, binanın tipi, təmir vəziyyəti və ətraf infrastrukturla təminatdır:

“İş yerlərinə və təhsil müəssisələrinə yaxınlıq mərkəzi rayonlarda qiymətləri artıran əsas faktorlardandır.

Məsələn, Səbail rayonunda yeni tikililərdə aylıq kirayə haqqı 1000–1500 manat arasında dəyişir. Köhnə tikililərdə isə bu rəqəm 800–1200 manat civarındadır. Metroya, məktəblərə və digər sosial obyektlərə yaxınlıq qiymət fərqini daha da artırır.

Daha münasib qiymətlər isə paytaxtın kənar ərazilərində müşahidə olunur. Xəzər rayonunun Binə qəsəbəsində, Xətai rayonunun NZS qəsəbəsi, Hövsan qəsəbələrində kirayə mənzillərin qiyməti əsasən 250–350 manat arasında dəyişir”.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə qeyd edib ki, mərkəzi və infrastrukturu inkişaf etmiş rayonlarda 1 və 2 otaqlı mənzillərin aylıq kirayəsi orta hesabla 600–1000 manat arasındadır. Yeni tikililərdə və yaxşı təmirli evlərdə bu rəqəm 1400 manata qədər yüksəlir.

Onun sözlərinə görə, ən yüksək orta kirayə qiyməti Səbail rayonunda (təxminən 1400 manat) müşahidə olunur. Ardınca Nəsimi rayonu (təxminən 1000 manat), daha sonra isə Nərimanov rayonu, Yasamal rayonu və Xətai rayonu gəlir. Bu rayonlarda əhali sıxlığı, aktiv tikinti prosesi və iş yerlərinin çoxluğu kirayə qiymətlərinin yüksək olmasına səbəb olur.

Ən ucuz kirayə mənzillər isə əsasən Pirallahı rayonu və Qaradağ rayonu kimi infrastruktur baxımından nisbətən zəif inkişaf etmiş ərazilərdədir. Bu rayonlarda bir otaqlı mənzilləri 250–300 manata tapmaq mümkündür. Tələbatın aşağı olması və əsasən istehsalat müəssisələrində çalışan region sakinlərinin bu ərazilərə üz tutması qiymətlərin aşağı qalmasına təsir edir.

Ekspertlər onu da bildirirlər ki, kirayə bazarında mövsümi dəyişikliklər müşahidə olunur. Xüsusilə payız aylarında, yeni tədris ilinin başlanması ilə tələb artır və qiymətlər yüksəlir. Yaxın dövrdə bazarın sabitləşməsi üçün yeni yaşayış komplekslərinin tikintisi və regionlara miqrasiyanın artması mühüm rol oynaya bilər.

AzPost.az

Post navigation

Previous: Bələdiyyə tərəfindən həyətyanı torpaq sahəsi hansı qaydada ayrılır? –
Next: Bu qədim üsullar hələ də möcüzə yaradır –

Oxşar xəbərlər

et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
qida yemek
  • Sosial

Ürəyə zərər verən qidalar açıqlandı – Gündəlik menyudan nəyi çıxarmalı?

User 06 Noyabr 2026 - 19:20

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.