ABŞ İsrailin İrana qarşı hərbi əməliyyatında iştirak edir.
Azpost.info bildirir ki, bu barədə Associated Press məlumat yayıb.
Reuters-in məlumatına görə isə İranın Ali Lideri Əli Xamenei Tehranda deyil və təhlükəsiz yerə aparılıb. Partlayışlardan biri onun iqamətgahının ərazisində baş verib.
İran hava məkanını bağlayır. İsrail də İrana qarşı qabaqlayıcı hücum etdikdən sonra hava məkanını bağlayıb.
Məlumata görə, Qum və İsfahan şəhərlərinə hücum edilib.