ABŞ İranda genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.
Bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
“Qısa müddət əvvəl İranda mühüm hərbi əməliyyatlara başladıq. Məqsəd ABŞ vətəndaşlarını İrandan gələ biləcək təhdidlərdən qorumaqdır”, – Tramp qeyd edib.
ABŞ Prezidenti Donald Tramp İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) silahı yerə qoymağa çağırıb.
O, belə olacağı təqdirdə, onlarla ədalətlə rəftar ediləcəyini bəyan edib.
“Əks təqdirdə, onlar qəti ölümlə üzləşəcəklər”, – Tramp vurğulayıb.
Tramp ABŞ qüvvələrinin də itkilərlə üzləşə biləcəyini əlavə edib.