“Trampın İran xalqına vəd etdiyi yardım gəldi”- Rza Pəhləvi xalqa müraciət etdi

Sonuncu İran şahının oğlu Rza Pəhləvi İran xalqına müraciət edib. 
Azpost.info-nun məlumatına görə, R.Pəhləvi ABŞ-ın İrana qarşı bu günki hərbi əməliyyatını “humanitar müdaxilə” adlandırıb.
“ABŞ Prezidentinin İran xalqına vəd etdiyi yardım indi gəlib çatdı. Bu, humanitar müdaxilədir. Məqsədi İslam respublikasıdır, İran ölkəsi və böyük milləti deyil. Biz İran xalqı bu son döyüşdə işi bitirəcəyik. Küçələrə qayıtmaq vaxtıdır”.
R.Pəhləvi İranın hərbçilərinə, hüquq-mühafizə orqanlarına və təhlükəsizlik qüvvələrinə çağırış edərək xalqa qoşulmağa və sabit, təhlükəsiz keçid yaratmağa kömək etməyə çağırıb.
R.Pəhləvi həmçinin ABŞ prezidenti prezident Trampa da müraciət edərək mülki vətəndaşların həyatını qorumaq üçün mümkün olan ən böyük tədbirləri həyata keçirməyi xahiş edib.
R.Pəhləvi İran vətəndaşlarını hal-hazırda evlərinə qalmağa, sakitliyi  və təhlükəsizliyi qorumağa çağırıb.
“Doğru zamanda son hərəkət üçün küçələrə qayıtmağa hazır olun, bunu sizə dəqiq məlumat verəcəyəm.
Mesajlarımı sosial şəbəkələr və peyk mediası vasitəsilə izləyin. İnternetdə və peykdə nasazlıq olarsa, radio dalğaları vasitəsilə sizinlə əlaqə saxlayacam”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.