Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Cakartada Azərbaycan-İndoneziya dostluğu şərəfinə iftar məclisi keçirilib

Orkhan Ali 10 Mart 2026 - 14:11 (Last updated: 10 Mart 2026 - 14:12)
IMG-20260310-WA0015

Azərbaycan Respublikasının İndoneziyadakı səfirliyi, İndoneziya İƏT Gənclər Təşkilatı və cənubi-şərqi Asiyada ən çoxsaylı tərəfdarı olan dini-mənəvi hərəkat Muhammədiyyə İcma Dəvət İnstitutu Mərkəzi İdarə Heyətinin birgə təşkilatçılığı ilə İslam dünyasında dostluğu gücləndirmək, eləcə də tolerantlıq və harmoniya dəyərlərini möhkəmləndirmək məqsədilə Ramazan iftar tədbiri təşkil edib.

“İslam dünyasında tolerantlıq və harmoniya naminə əlaqələrin və dəyərlərə əsaslanan ağıllı güc” mövzusunda tədbir Cakartadakı Muhammədiyyə İcma Dəvət İnstitutu Mərkəzi İdarə Heyətinin zalında keçirilib.

Toplantıda Azərbaycan Respublikasının İndoneziyadakı səfiri Ramil Rzayev, İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti Astrid Nadya Rizqita və İndoneziya İƏT Gənclər Təşkilatı Məsləhətçilər Şurasının üzvü Beni Pramula, o cümlədən diplomatik və akademik dairələrin bir sıra görkəmli xadimləri, İndoneziya Respublikasının Azərbaycandakı keçmiş səfiri professor Hüsnan Bəy Fanani və İndoneziya Respublikasının Bolqarıstan və Albaniyadakı keçmiş səfiri Bunyan Saptomo da iştirak ediblər.

İndoneziya İƏT Gənclər Təşkilatının prezidenti Astrid Nadya Rizqita çıxışında Ramazan ayının təkcə oruc tutmaq ayı deyil, həm də harmoniya və həmrəylik kimi ümumi dəyərləri düşünmək və gücləndirmək üçün fürsət olduğunu vurğulayıb.

“Ramazan ayı çox vaxt sadəcə orucluq ayı kimi başa düşülür. Bununla belə, mahiyyət etibarı ilə Ramazan Quran ayıdır – aydınlıq, yenidən qurulma və düşünmə vaxtıdır. Oruc təkcə yemək və içməkdən çəkinmək deyil, həm də həyatda həqiqətən vacib olan şeylərə yenidən diqqət yetirməyə kömək edən bir nizam-intizamdır” A.N. Rizqita çıxışında bildirib.

İndoneziya İƏT Gənclər Təşkilatı Məsləhətçilər Şurasının üzvü Beni Pramula bu toplantının İƏT üzv dövlətlər arasında əlaqələrin möhkəmlənməsinə də töhfə verdiyini vurğulayıb. Öz çıxışında “Belə forumlar təkcə birlikdə iftar etmək deyil, həm də İƏT-ə üzv dövlətlər arasında, o cümlədən İndoneziya və Azərbaycan arasında dostluq və əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyət kəsb edib”. – qeyd edən Beni Pramulanın fikrincə, gənclər gələcək üçün diplomatik münasibətləri davam etdirməklə yanaşı, ölkələr arasında birləşdirici körpü rolunu oynayırlar.

Çıxışlarda həmçinin, İƏT Gənclər Forumunun təsis qurultayının Azərbaycanda keçirilməsi, Azərbaycanın 2026-cı ildə İƏT sammitinə ev sahibliyi edəcəyi, bu ölkənin uzun müddətdir ki, İƏT ekosistemində və diplomatiyanın təşviqində xüsusilə, gənclərin iştirakının mühüm rol oynadığı və İƏT-in müxtəlif regional institutlarına fəal dəstəyi yüksək dəyərləndirilib.

Sözügedən iftar tədbirində iştirakçılar İƏT-ə üzv ölkələrdə müsəlman gənclər arasında əlaqələrin gücləndirilməsinin vacibliyini, eləcə də dəyərlərə əsaslanan diplomatiyanın inkişafında vətəndaş cəmiyyəti təşkilatlarının rolunu müzakirə ediblər.

 

AzPost.az

Post navigation

Previous: İran İordaniyadakı Almaniya hərbi bazasına raketlə zərbə endirib
Next: MOSSAD İran vətəndaşlarına müraciət edib –

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.