Gəncədə atasını qətlə yetirən 17 yaşlı yeniyetmə saxlanılıb

həbs
həbs

Gəncə şəhərində güllələnmə hadisəsi baş verib.

Azpost.info APA-ya istinadən bildirir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Oğul atasını odlu silahla güllələyərək qətlə yetirib.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində atası, 44 yaşlı Elçin Nağıyevi ona məxsus ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 17 yaşlı Kənan Nağıyev saxlanılıb.

Gəncə şəhər prokurorluğundan verilən xəbərə görə, ilkin araşdırmalarla E.Nağıyevin yetkinlik yaşına çatmayan şəxs tərəfindən qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, yetkinlik yaşına çatmayan iş üzrə şəhər prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.