Sovet hakimiyyəti dövründə bütün növ intellektual mülkiyyət və onun nəticələri dövlətin inhisarında olduğu üçün əqli mülkiyyət hüququ ayrılıqda hüquq sahəsi və münasibətlər sistemi kimi mövcud deyildi. Müasir dünyada əqli mülkiyyət vacib iqtisadi, mədəni, mənəvi amil olduğuna görə əqli mülkiyyət məhsullarını yaratmaq və bazara çıxartmaq üçün mövcud münasibətləri düzgün, ədalətli tənzimləmək zərurəti yaranmışdır. Ümumdünya Əqli Mülkiyyət Təşkilatının yaradılması, “Stokholm Konvensiyası” nın qəbul edilməsi problemi beynəlxalq səviyyədə qorunan hüquqlar sırasına çıxarmışdır.
Təəssüf ki, Azərbaycan dövləti və xalqının mədəni, elmi, bədii simasını formalaşdıran intellektual elita bu hüquqları qorumaq, reallaşdırmaq, bazara çıxarmaq mexanizmlərini bilmir. Bu imkanlardan yararlanmır. Yaradıcı ziyalıların öz əqli mülkiyyət hüquqlarını bilməsi, intellektual mülkiyyətdən səmərəli istifadə etməsi, yaradıcılıq imkanlarını bazara uyğunlaşdırması ölkəmizin mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının və elminin inkişafına ciddi təkan verə bilər.
Yaradıcı ziyalılar arasında əqli mülkiyyət hüququnun mahiyyətini izah etmək və onun qorunması mexanizmini öyrətmək məqsədilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən keçirilən Qeyri-Hökumət Təşkilatları üçün Mədəni və Yaradıcı Sənayelər üzrə xüsusi qrant müsabiqəsi çərçivəsində “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai birliyi “Əqli mülkiyyət hüququ sahiblərinin məlumatlandırılması” layihəsinin icrasına başlamışdır.
Layihənin məqsədi elm xadimlərini, yaradıcı ziyalıları, mədəniyyət və incəsənət adamlarını və digər əqli mülkiyyət sahiblərini Konstitusiyamızda təsbit olunan əqli mülkiyyət hüququ haqda məlumatlandırmaqla onların yaradıcılıq potensialını gücləndirmək, maddi-mənəvi təminatına kömək etmək, intellektual yaradıcılıq məhsullarını maddi və sosial vəziyyətin yüksəldilməsinə, mədəniyyətimizin inkişafına yönəltməkdir.
Layihə çərçivəsində ali təhsil müəssisələrinin alimlərinə, mədəniyyət işçilərinə, yaradıcı ziyalılara, yaradıcı gənclərə “Əqli mülkiyyət hüququ nədir və onu necə qorumalı?” mövzusunda təlimlər keçirilməsi nəzərdə tutulmuşdur. İlk belə təlim fevral ayının 27-də Mingəçevir Dövlət Universitetində keçirildi. Təlimdə MDU-nun alimləri, Mingəçevir şəhərində yaşayan yaradıcı ziyalılar, yerli media nümayəndələri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə MDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova açdı.
Sonra “Hüquqi Tədqiqatlar Mərkəzi” İB-nin rəhbəri, hüquq üzrə fəlsəfə doktoru Bəxşeyiş Əsgərov İctimai Birliyin fəaliyyəti, layihənin mahiyyəti barədə məlumat verərək, əqli mülkiyyət hüququ sahəsində layihələrə Mədəniyyət Nazirliyinin çox həssas yanaşmasını, həmçinin layihə çərçivəsində Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyi, Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyi, Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı və digər qurumlarla sıx əməkdaşlıq edildiyini, layihənin icrasında Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin yaxından təşkilatı-metodiki dəstək göstərdiyini qeyd etdi.
Təlimçilər – hüquqşünas Aydın Kərimov və əqli mülkiyyət sahəsində tanınmış ekspert Natiq İsayev Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsində təsbit edilmiş əqli mülkiyyət hüququnun beynəlxalq və milli müdafiə mexanizmlərini, müəllif hüquqlarının qorunması yollarını, elmi-tədqiqat əsərlərinin kommersiyalaşdırılması məsələlərini interaktiv qaydada əyani misallar və keyslər əsasında izah etdilər.
Mütəxəssislər ali təhsil müəssisələrində elmi-tədqiqat problemləri, əqli mülkiyyət hüququ və əlaqəli hüquqların tətbiqi, patentlər, əmtəə nişanları və plagiat haqqında geniş məlumat verdilər.
Təlimin gedişində iştirakçılar tərəfindən təlimçilərə mövzu üzrə çoxsaylı maraqlı suallar verilmiş, MDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova, Azərbaycan Yazıçılar Birliyinin üzvü Məmməd Mərzili, MDU-nun dosenti Səbuhi Qəhrəmanov, baş müəllim Vüsalə Mustafayeva, müəllim Leyla Babayeva və MDU-nun hüquqşünası Polad Atayev yaradıcı və tədqiqatçı şəxslərin imkanlarının genişləndirilməsi, elmi tədqiqatlara dövlət sifarişlərinin verilməsi, müəllif hüquqlarının qorunması və s. ilə bağlı öz təcrübələrindən danışmış, təkliflərini bildirmişlər.
Tədbirin sonunda layihə rəhbəri Bəxşeyiş Əsgərov təklifləri və fikirləri ümumiləşdirmiş, fəal iştiraka, işgüzar və faydalı çıxışlara görə iştirakçılara, təlimin yüksək səviyyədə keçirilməsi üçün yaradılmış şəraitə görə isə MDU rəhbərliyinə təşəkkürünü bildirmiş, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin hazırladığı çoxsaylı kitabları MDU-nun kitabxanasına hədiyyə
genişləndirilməsi, elmi tədqiqatlara dövlət sifarişlərinin verilməsi, müəllif hüquqlarının qorunması və s. ilə bağlı öz təcrübələrindən danışmış, təkliflərini bildirmişlər.
Tədbirin sonunda layihə rəhbəri Bəxşeyiş Əsgərov təklifləri və fikirləri ümumiləşdirmiş, fəal iştiraka, işgüzar və faydalı çıxışlara görə iştirakçılara, təlimin yüksək səviyyədə keçirilməsi üçün yaradılmış şəraitə görə isə MDU rəhbərliyinə təşəkkürünü bildirmiş, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin hazırladığı çoxsaylı kitabları MDU-nun kitabxanasına hədiyyə etmişdir.