Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Mədəniyyət

Memarlar İttifaqını sədri Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

User 18 Mart 2026 - 14:36
WhatsApp Image 2026-03-18 at 14.29.46

17 Mart, 2026-cı il tarixində Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib və Fondun prezidenti, professor xanım Aktotı Raimkulova ilə görüşüb.

Görüşdə Prezident  İlham Əliyevin Türk dünyasının dahi memarı Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Sərəncamının icrası istiqamətində birgə tədbirlərin davam etdirilməsi müzakirə olunub.

Bu xüsusda,  sözügedən əlamətdar tarixin qeyd olunması çərçivəsində hələ 2025-ci ilin 15 dekabr tarixində Fond və Azərbaycan Memarlar İttifaqı tərəfindən “Azərbaycan Memarlıq İrsinin Dühası: Əcəmi Naxçıvani – 900” adlı kitabın (Azərbaycan, rus, ingilis dillərində) çap olunması, onun  təqdimatının Türk Mədəniyyəti və İrsi Fondu, UNESCO yanında Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi, UNESCO yanında Azərbaycan Respublikasının Milli Komissiyası, Azərbaycan Memarlar İttifaqının birgə təşkilatçılığı ilə Parisdə, UNESCO-nun Mənzil-qərargahında baş tutması, o cümlədən görkəmli memarın zəngin yaradıcılıq irsini əks etdirən sərginin təşkil olunması böyük uğur kimi qiymətləndirilib.

Sözügedən kitabın yaxın zamanda Azərbaycanda geniş ictimaiyyətə təqdim olunması barədə razılığa gəlinib.

Görüş zamanı zəngin Türk mədəni irsinin təbliğ edilməsi, qardaş Türk xalqları arasında əlaqələrin daha da genişləndirilməsi istiqamətində birgə əməkdaşlıq imkanları, o cümlədən bu prosesdə mədəni diplomatiyanın xüsusi rolu ətrafında fikir mübadiləsi aparılıb.

AzPost.az

Post navigation

Previous: İranın kəşfiyyat naziri öldürülüb –
Next: Səhər içilən bu içki maddələr mübadiləsini sürətləndirir və arıqlamağa kömək edir

Oxşar xəbərlər

mehriban konsert
  • Mədəniyyət

Mehriban Əliyeva skripkaçı Devid Qarrettin simfonik şousunu izləyib

User 04 Noyabr 2026 - 22:23
mehriban teatr01
  • Mədəniyyət

Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib

User 02 Noyabr 2026 - 00:28
ilham sergi01
  • Mədəniyyət

Prezident və Birinci xanım Fərhad Xəlilovun yubiley sərgisində iştirak edib

User 27 Oktyabr 2026 - 16:55

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.